Naxçıvan şəhərində kompleks quruculuq işləri aparılır
10.10.2014 [09:21]
Şəhərsalma prinsiplərinə uyğun qurulan qədim Naxçıvan bu gün tarixilik, millilik və müasirliyin vəhdətində daha füsunkar görünür. Muxtar respublika paytaxtında hər il yeni yaşayış binaları tikilir, park və xiyabanlar salınır, şəhər infrastrukturu tamamilə yeniləşdirilir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın da bu baxımdan mühüm əhəmiyyəti var. Proqrama əsasən, bu il şəhərin Əliabad qəsəbəsində kompleks quruculuq tədbirləri həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əliabad qəsəbəsinə gəlib, aparılan quruculuq işləri ilə maraqlanıb.
Ali Məclisin Sədri ərazidə yaşıllaşdırma tədbirlərinin görülməsi və Naxçıvan şəhərində quruculuq tədbirlərinin bundan sonra da davam etdirilməsi barədə tapşırıqlar verib.
Muxtar respublikada milli və mədəni irsin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu muzeylərin yaradılmasına, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq hazırda Naxçıvan şəhərində Xatirə Muzeyi üçün yeni bina inşa olunur.
Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xatirə Muzeyinin yeni binasına baxıb.
Məlumat verilib ki, xüsusi memarlıq üslubunda tikilən bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə muzey əməkdaşları üçün iş otaqları tikilib, ikinci mərtəbədə isə geniş ekspozisiya zalı yaradılıb. Binada əsas tikinti işləri başa çatdırılıb, bütün lazımi kommunikasiya xətləri çəkilib. Hazırda tamamlanma işləri aparılır.
Muzey binasının əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Şəhidlər xiyabanı yaxınlığında yerləşməsidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdiriləcəkdir.
Ali Məclisin Sədri muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi və binada tikinti işlərinin keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

