Səbail rayonunda 2014-cü ilin birinci rübünün yekunları müzakirə olunub
17.04.2014 [09:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın toplantısında müzakirə olunub.
Toplantıda rayonun sənaye müəssisələrinin, təsərrüfat xidmətlərinin, təhsil, səhiyyə qurumlarının, bələdiyyələrin, gənclər təşkilatlarının və ictimaiyyətin nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hesabat dövründə rayonda görülmüş işlərdən danışıb. Bildirilib ki, 2014-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 5.562,8 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri 115,5 milyon manatlıq, rabitə müəssisələri 101,7 milyon manatlıq xidmətlər göstərib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 1203,9 milyon manat investisiya qoyulub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 16 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 553,7 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54,7 faiz çoxdur.
Üç ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 56 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,7 faiz çox istehlak malları satılıb. Xidmət müəssisələri tərəfindən əhaliyə 67 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
Birinci rübdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 56 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22,7 faiz çox əmtəə satılıb, 18,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 faiz çox iaşə xidmətləri göstərilib. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 67 milyon manat olub.
Hesabat dövründə Səbail rayonu ərazisində hamısı daimi olmaqla 537 yeni iş yeri açılıb.
Rayonun təsərrüfat xidmətləri tərəfindən də bir sıra işlər həyata keçirilib. Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib. Sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib.
2014-cü ilin ilk üç ayında Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 398 ailə müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122 manat sosial yardım təyin olunub. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13116 təqaüdçüyə ilin ilk 3 ayı ərzində 9.651,7 min manat təqaüd və müavinət ödənilib. Səbail Rayon Məşğulluq Mərkəzində ilin ilk 3 ayı ərzində 225 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub.
Hesabat dövründə rayon İcra Hakimiyyəti tərəfindən də bir sıra tədbirlər keçirilib.
Sonra iclasda hesabat məruzəsi ətrafında çıxışlar olub.
Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlərin aradan qaldırılması yolları, rayonda görülməsi nəzərdə tutulan abadlıq işləri və s. müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

