İctimaiyyət Azərbaycanda “Avro 4” standartının tətbiqi ilə bağlı məlumatlandırılır
28.01.2014 [09:09]
Yanvarın 27-də Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsində Azərbaycanda aprelin 1-dən etibarən “Avro 4” standartının tətbiqi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə DGK-nın Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov idarənin fəaliyyətindən, ölkəmizdə “Avro 4” standartının tətbiqindən danışıb. Bildirilib ki, 2011-ci ilin oktyabrında idarənin yeni inzibati binası istifadəyə verilib. Zəruri texniki təchizat vasitələri ilə təmin edilən binanın birinci mərtəbəsində idxal-ixrac əməliyyatları üzrə müxtəlif təyinatlı bütün növ avtonəqliyyat vasitələrinin və texnikanın gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Müraciət edən şəxslər elektron növbə əsasında qəbul edilir ki, bundan da məqsəd göstərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaqdır. Bütün gömrük ödənişləri yalnız bank və ya plastik kart vasitəsilə aparılır və bunun üçün binanın birinci mərtəbəsində müvafiq bank şöbəsinin fəaliyyəti təşkil olunub. Həmçinin, vətəndaşları gömrük rəsmiləşdirilməsi qaydaları və digər zəruri məlumatlarla təmin etmək məqsədi ilə elektron məlumat köşkləri quraşdırılıb.
Vurğulanıb ki, əvvəllər ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə dövlət qeydiyyatının aparılması prosedurları ayrı-ayrılıqda aparılır, bu da müəyyən vaxt itkilərinə və əlavə vəsait xərclənməsinə səbəb olurdu. İndi isə xaricdən gətirilən nəqliyyat vasitələrinin “bir pəncərə” prinsipi əsasında eyni vaxtda həm gömrük rəsmiləşdirilməsi, həm də dövlət qeydiyyatının aparılması həyata keçirilir.
İ.Hüseynov qeyd edib ki, 2014-cü il yanvarın 9-da Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasında ekologiyanın qorunması, atmosferi çirkləndirən amillərə qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı dövlət başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq işlər sürətləndirilib. Bildirilib ki, havanı çirkləndirən əsas amil məhz avtonəqliyyat vasitələri olduğundan ekologiyanın qorunması, o cümlədən ölkə avtoparkının müasir avtomobillərlə əvəzlənməsi üçün “Avro 4” standartına keçid zəruridir. İdarə rəisinin sözlərinə görə, “Avro 4” standartının 2014-cü il aprelin 1-dən tətbiqi ilə bağlı artıq müvafiq qurumlar səlahiyyətlərinə uyğun hazırlıq işlərinə başlayıblar. Standartın tətbiqi ilə əlaqədar ölkəyə gətirilən avtomobillərin idxalı prosesinə nəzarət gücləndiriləcəkdir. İdarənin avtomobil parkında fəaliyyət göstərən laboratoriya bütün lazımi avadanlıqlarla təchiz olunub və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birgə avtonəqliyyat vasitələrinin “Avro 4” standartına uyğunluğunun yoxlanılması davam etdiriləcəkdir.
DGK-nın Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadənin verdiyi məlumata görə, idarənin nəzdində nəqliyyat vasitələrinin sertifikatlaşdırma orqanı yaradılıb. Nəqliyyat vasitələrinin sertifikatlaşdırılması üçün VAİS (vahid avtomatlaşdırılmış informasiya sistemi) sistemi mövcuddur. Belə ki, bütün müraciətlər sertifikatlaşdırma orqanına elektron qaydada və onlayn rejimdə daxil olur. Daha sonra nəqliyyat vasitələrinə baxış keçirilir, bu haqda protokol tərtib olunur və onlara uyğunluq sertifikatları verilir. M.Əlizadə vurğulayıb ki, elektron qaydada qeydiyyatdan keçən və uyğunluq sertifikatı alan avtonəqliyyat vasitələri ümumi sistemə daxil ediləcək. Mərkəzi Gömrük Ekspertiza İdarəsi “Avro 4” standartının tətbiqinə tam hazırdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndəsi İbrahim Babayev çıxış edərək ölkəmizdə “Avro 4” standartının tətbiqi ilə bağlı məlumat verib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və görüş iştirakçılarının sualları cavablandırılıb.
Tədbirdən sonra avtonəqliyyat vasitələrinin “Avro 4” ekoloji normalarına uyğunluğunun yoxlanılması, müvafiq sertifikatın verilməsi prosesi KİV nümayəndələrinə əyani şəkildə göstərilib.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

