Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Büdcə vəsaitlərinin 264 milyon manatı kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Büdcə vəsaitlərinin 264 milyon manatı kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

15.04.2026 [16:59]

Yanvar-mart aylarında ölkədə istehsal edilmiş 29,7 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 3 ayda əsas kapitala yönəldilmiş ümumi investisiyanın 1,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf edilib. Büdcə vəsaitlərinin 264,6 milyon manatı kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib.

Aprelin 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub.

Paylaş:
Baxılıb: 384 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30