Aqrar Sığorta Fondu 54 rayonda sığorta ödənişləri həyata keçirib
19.02.2026 [23:12]
Ötən ilin nəticələrinə əsasən, Azərbaycanın 54 rayonunda, ümumilikdə, 9,2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, 2025-ci il bitkiçilik məhsulları ilə bağlı baş verən zərərlər üzrə ölkənin 51 rayonunda ümumi məbləği 8,8 milyon manat olan ödənişlər həyata keçirililib. Əvvəlki illə müqayisədə 2025-ci ildə Zərdab, Astara, Oğuz, Abşeron, Siyəzən, Xızı, Sabunçu və Cəbrayıl rayonlarında, eləcə də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında – Babək və Şahbuz rayonlarında sığorta ödənişləri edilib.
Eyni zamanda, 2025-ci ildə heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə Aqrar Sığorta Fondu tərəfindən 21 rayonda təsərrüfatlara sığorta ödənişləri həyata keçirilib. Heyvandarlıq təsərrüfatları üzrə ödənişlərin ümumi məbləği 400 min manat təşkil edib.
Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişlərinin davamlı artması və zərərləri qarşılaması nəticəsində fermerlərin aqrar sığorta mexanizminə marağı artmaqdadır.
Xatırladaq ki, aqrar sığorta mexanizmi bitkiləri təbiət hadisələri – dolu, fırtına, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair hadisələrdən qoruyur.
Kənd təsərrüfatı heyvanları isə yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, vəhşi heyvanların hücumu, ilan və həşərat sancması, yanğın, təbii fəlakətlər, avtomobillə vurma, qəza nəticəsində tələfolma, 3-cü şəxslərin hərəkətləri kimi risklərdən sığorta edir.
Fermerlərə dəstək üçün sığorta haqqının yarısını dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığortalaya bilirlər.
Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” və “Heyvandarlıq məhsulları” bölmələrində ətraflı tanış olmaq, sığorta haqqını isə “Bitkiçilik kalkulyatoru” və “Heyvandarlıq kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49

