“Xızı-Abşeron”la başlayan qlobal həmrəylik layihəsi
10.01.2026 [12:19]
Azərbaycan, Səudiyyə Ərəbistanı və Çin “yaşıl enerji”nin sərmayə müttəfiqliyini yaratmaqdadır
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) istifadəyə verilməsi “yaşıl enerji” quruculuğunda mühüm hadisə olmaqla, Azərbaycanın enerji siyasətinə yazılan uğurlardan biri kimi dəyərləndirilə bilər. Stansiyanın rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin də vurğuladığı kimi bu, bərpaolunan enerji sahəsində tarixi hadisədəir və ölkəmizin enerji potensialını gücləndirəcək, ümumi inkişafına öz töhfəsini verəcək.
“Xızı-Abşeron” layihəsi, eyni zamanda, Azərbaycanın nüfuzlu beynəlxalq xarici investisiya ailəsi ilə - Səudiyyə Ərəbistanı və Çinlə enerji əməkdaşlığının mühüm bir formatı, qlobal həmrəylik layihəsidir. Ölkəmizin yaxın strateji tərəfdaşları ilə birgə dünyaya təqdim etdiyi enerji investisiyasıdır. Stansiya qlobal enerji ailəsi arasında yeni birlik və bərabərlik, həmrəylik, əməkdaşlıq zəncirinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyacaq.
Azərbaycan hökumətinin “yaşıl enerji” sektorunda həyata keçirdiyi strategiyanın əsas xətti yerli “yaşıl güclərin” istehsalı və emalına xarici investorların cəlb edilməsidir. Bu istiqamətdə müəyyən edilmiş siyasət öz uğurlu nəticələrini göstərməkdədir. Son 3 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb.
2032-ci ilin “yaşıl enerji” hədəfləri
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın “yaşıl hədəflərə” çatmasında da mühüm rol oynayacaq, bərpaolunan enerji potensialının artmasını təşviq edəcək. “ACWA Power” tərəfindən inşa edilmiş KES birinci bərpaolunan elektrik stansiyası olmaqla, “yaşıl enerji” blokunda digər stansiyalar üçün yaşıl yol açmış olur. Hazırda ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Azərbaycanın coğrafi vəziyyəti istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etməyə imkan verir. Təkcə Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.
İmzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər 6, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları istifadəyə veriləcək.
Azad ərazilərdə Zəfərin işıqları
Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur. Ortamüddətli inkişaf konsepsiyasında bu ərazilər Yaşıl Enerji Zonas elan edilib. Mövcud dəyərləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji potensialına görə, digər bölgələrdən qat-qat zəngindir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə rersursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə, ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir.
Son 5 il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa olunub, onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Hazırda xarici şirkətlərlə bölgədə bərpaolunan enerji layihələri də icra edilir.
Azərbaycan hökuməti ilə bp şirkəti arasında əldə edilmiş razılığa əsasən, Zəngilan-Cəbrayıl zonasında 340 MVt gücündə 3 günəş elektrik stansiyası inşa edilir. Digər ərazilərin potensial elektrik gücü ilə bağlı xəritə də tərtib edilib və bölgədə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa ediləcək.
Azərbaycanın bərpaolunan enerji siyasətinin ikinci istiqaməti resursların ixracının şaxələndirilməsədir. Bu istiqamətdə də fundamental hüquqi baza yaradılıb, iqtisadi infrastrukturlar möhkəmləndirilir. “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılması ilə artıq Azərbaycanın “yaşıl ixracatçı”ya çevrilmək statusu öz həlini tapıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 16:22
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03

