Avrasiyada yeni iqtisadi nizamın açarı
16.12.2025 [11:13]
Zəngəzur dəhlizi (TRIPP): geoiqtisadi üstünlüklər, gələcək imkanlar...
Qlobal geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi müasir dövrdə nəqliyyat-kommunikasiya xətləri, xüsusilə qitələrarası birləşdirici funksiyaya malik logistik xətlər yeni iqtisadi nizamın əsas müəyyənedici faktorlarından birinə çevrilib. Yeni iqtisadi münasibətlər fonunda tədarük zəncirlərinin şaxələndirilməsi və alternativ marşrutların formalaşdırılması regional tranzit layihələrinin strateji əhəmiyyətini daha da artırır. Məhz bu kontekstdə Zəngəzur dəhlizi (TRIPP) təkcə regional kommunikasiya xətti deyil, Avrasiya məkanında formalaşan yeni iqtisadi arxitekturanın aparıcı elementlərindən biri kimi diqqət mərkəzinə çıxır. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar Zəngəzur dəhlizini (TRIPP) tarixi zərurətə çevirib - bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, bütövlükdə, regionun iqtisadi xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Zəngəzur dəhlizi (TRIPP) Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşərək Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə Aralıq dənizi və Qara dəniz limanlarını birləşdirən mühüm tranzit qovşağa çevrilə bilər.
Dəhliz bir neçə məqsədə eyni anda nail olmağa imkan verəcək...
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın “TVP World” telekanalına verdiyi müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir. O xatırladıb ki, “Tramp Marşrutu” (TRIPP) - cari ilin avqustunda Vaşinqton sammitinin nəticələri üzrə həyata keçirilməsi barədə razılıq əldə olunmuş layihə - Zəngəzur dəhlizinin bir hissəsidir. “Zəngəzur dəhlizi bir neçə məqsədə eyni anda nail olmağa imkan verəcək. İlk növbədə, o, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu marşrut, həmçinin üç onillikdən sonra Ermənistanı və Azərbaycanı birləşdirəcək. Bundan əlavə, o, Asiyadan Avropaya alternativ marşrutlardan biri olacaq. Söhbət Asiya və Avropa arasında ticarət həcmlərinin hər iki istiqamətdə artmasına imkan verəcək mühüm nəqliyyat əlaqəsi halqasından gedir. Biz Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasını istədiyimiz üçün, hər iki tərəf - Bakı və İrəvan - ABŞ-nin vasitəçiliyi ilə bu sülhün bərabər iqtisadi fayda və nəzərəçarpan nəticələr gətirməsi barədə razılığa gəldi. Düşünürəm ki, nəticə etibarilə bu, Ermənistan və Azərbaycan arasında müəyyən iqtisadi qarşılıqlı asılılığa gətirib çıxaracaq və onlar, məncə, vahid iqtisadi məkan kimi fəaliyyət göstərə bilərlər”, - o qeyd edib.
Yeni iqtisadi nizam şəraitində dövlətlər üçün əsas prioritetlərdən biri logistika təhlükəsizliyi, daşımaların sürəti və xərclərin optimallaşdırılmasıdır. Zəngəzur dəhlizi (TRIPP) bu baxımdan yalnız Azərbaycan üçün deyil, bütövlükdə, geniş bir coğrafiyada əlavə iqtisadi üstünlüklər vəd edir. Dəhlizin işə düşməsi regional ticarət dövriyyəsini artırmaqla yanaşı, investisiya axınlarını sürətləndirəcək, sənaye kooperasiyasını gücləndirəcək və Cənubi Qafqazı qlobal iqtisadi proseslərin fəal iştirakçısına çevirəcək. Bu baxımdan Zəngəzur dəhlizi yeni iqtisadi nizamın yalnız bir elementi deyil, onun formalaşmasına təsir göstərən strateji iqtisadi layihə kimi qiymətləndirilir.
Vaşinqton danışıqları: Zəngəzur dəhlizinin (TRIPP) siyasi legitimliyinin təsdiqi...
Bu ilin avqustunda Vaşinqtonda aparılan danışıqlar, sülh sazişi layihəsinin paraflanması və eləcə də, Zəngəzur dəhlizi (TRIPP) layihəsinin reallaşması ilə bağlı əldə edilən tarixi razılaşma Azərbaycanla yanaşı, bütün region üçün strateji dönüş nöqtəsi sayılır. Çünki nəzərdə tutulan yeni xəttlər, əlaqələr ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin formalaşdırılması ilə yanaşı, həm də Avrasiya tranzit xəritəsini yenidən qurur. Açılacaq bu xətt həm də Azərbaycan vasitəsilə Mərkəzi Asiyanın Qərbə, Aralıq dənizinə və qlobal cənuba daha sərfəli, daha təhlükəsiz çıxış əldə etməsinə imkan verir. Bu marşrut Mərkəzi Asiya ölkələrinin yüklərinin bir hissəsinin Naxçıvan üzərindən Türkiyəyə və oradan Avropaya daşınması kimi tamamilə yeni ticarət sxemlərini gündəmə gətirir. Elçin Əmirbəyov müsahibəsində deyib ki, 2025-ci il Bakı və İrəvan arasında münasibətlərdə, daha geniş mənada isə bütün Cənubi Qafqaz üçün dönüş ili kimi tarixə düşəcək. “Üç onillik münaqişə, rəqabət və qarşıdurmadan sonra Ermənistan və Azərbaycan sülh yaratmağa qərar verdilər. 8 avqust Vaşinqton sammiti liderlərin möhkəm və dönməz sülhə sadiqliklərini təsdiqlədiyi son dərəcə mühüm an oldu. Biz hesab edirik ki, bu, uzunmüddətli münasibətlərin yalnız başlanğıcıdır.
Münaqişənin əsas səbəbi - Ermənistan tərəfinin Azərbaycana ərazi iddiaları - aradan qaldırıldı. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bakı Ermənistan tərəfinə sülh sazişi layihəsi üzərində işə başlamağı təklif etdi. 2 il yarımlıq müzakirələrdən sonra, 2025-ci ilin martında tərəflər sülh sazişi layihəsinin mətnini razılaşdırdılar”, - E.Əmirbəyov vurğulayıb. O əlavə edib, Vaşinqton sammiti zamanı Azərbaycan, Ermənistan və ABŞ liderləri bütün üç tərəfə uğurlu iqtisadi nəticələrə gətirəcək mühüm razılaşmalara nail olublar.
Qlobal əhəmiyyətə malik dəhliz...
Avqust razılaşması artıq dəhlizin reallaşması ilə bağlı mühüm bir məsafənin qət olunduğunu deməyə əsas verir. Bu, eyni zamanda, Zəngəzur dəhlizinin (TRIPP) beynəlxalq miqyasda qəbul olunduğunu göstərir. Prezident İlham Əliyevin təşəbbüsü və səyi ilə ərsəyə gələn bu yeni iqtisadi meqalayihə Vaşinqtonda qlobal dəstək qazandı - Vaşinqton platformasında dəhlizə dair aparılan müzakirələr, imzalanan sənədlər həm də onun siyasi legitimliyini təsdiqləyir. Nəticə etibarı ilə, Zəngəzur dəhlizi (TRIPP) Azərbaycan üçün milli maraqların təminatı, region üçün sabitlik və inkişaf, dünya üçün isə yeni ticari yol, yeni əməkdaşlıq müstəvisi, yeni nəfəs deməkdir. Bu dəhliz həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən əsas layihədir. Azərbaycanın qətiyyətli siyasəti nəticəsində reallaşan bu təşəbbüs paralel olaraq Türk dünyasını birləşdirməklə, regionun qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirməklə yanaşı, beynəlxalq əməkdaşlığa yeni nəfəs gətirəcək.
Təbii ki, prosesin öz axarında davam etməsi bəzi “qüvvələri” narahat etməyə bilməz: zaman-zaman dəhlizin potensialı, onun vacibliyi və gələcək münasibətlər sistemindəki yeri ilə bağlı qeyri-real dəyərləndirmələr də məhz bu narahtlıqdan irəli gəlir. Bəzi dövlətlər, eləcə də qeyri-adekvat mərkəzlər fərqli “siyasət adamlarının” dili ilə layihənin qiymətini, perspektivini pərdələməyə çalışır - amma bu alınmır. Çünki, Zəngəzur dəhlizi (TRIPP) artıq qlobal perspektiv daşıyır. Dəhliz Avrasiyanın geoiqtisadi xəritəsini yenidən formalaşdırmaqla yanaşı Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən yeni qlobal körpü yaradır.
Paralel olaraq iqtisadi əməkdaşlıq siyasi münasibətlərin sabitləşməsi üçün də ən güclü mexanizmlərdəndir Zəngəzur dəhlizi (TRIPP) məhz bu baxımdan da böyük önəm daşıyır. Bu layihə qütblərarası siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimadın artması və münaqişə risklərinin azalması üçün vacibdir. Bu baxımdan Zəngəzur dəhlizi (TRIPP) həm Qafqazda geosiyasi balansın yenilənməsi, həm illərdir ki, rəqabətə çevrilmiş qitələrarası münasibətlərin işgüzar modelinin formalaşdırılması, həm də yeni əməkdaşlıq mühitinin yaradılması üçün mühüm alət sayılır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 Yanvar 23:28
Sosial
06 Yanvar 23:14
Dünya
06 Yanvar 22:49
Dünya
06 Yanvar 22:32
İqtisadiyyat
06 Yanvar 22:16
Dünya
06 Yanvar 21:57
Siyasət
06 Yanvar 21:41
Siyasət
06 Yanvar 21:37
Dünya
06 Yanvar 21:35
Dünya
06 Yanvar 21:20
Dünya
06 Yanvar 20:45
Dünya
06 Yanvar 20:31
Dünya
06 Yanvar 20:19
Hadisə
06 Yanvar 19:51
Dünya
06 Yanvar 19:30
Sosial
06 Yanvar 19:17
Sosial
06 Yanvar 18:42
Dünya
06 Yanvar 18:01
YAP xəbərləri
06 Yanvar 18:00
Siyasət
06 Yanvar 16:53
YAP xəbərləri
06 Yanvar 16:37
Hadisə
06 Yanvar 16:34
Elanlar
06 Yanvar 16:32
Siyasət
06 Yanvar 15:35
Dünya
06 Yanvar 14:46
Sosial
06 Yanvar 14:22
Sosial
06 Yanvar 14:12
Siyasət
06 Yanvar 14:06
Siyasət
06 Yanvar 14:05
Hadisə
06 Yanvar 14:02
Siyasət
06 Yanvar 13:29
Sosial
06 Yanvar 12:17
Hadisə
06 Yanvar 12:16
İqtisadiyyat
06 Yanvar 12:15
İqtisadiyyat
06 Yanvar 12:14
Gündəm
06 Yanvar 11:40
Xəbər lenti
06 Yanvar 11:30
Dünya
06 Yanvar 11:28
Dünya
06 Yanvar 11:24
Gündəm
06 Yanvar 11:19
Siyasət
06 Yanvar 10:58
Dünya
06 Yanvar 10:52
MEDİA
06 Yanvar 10:36
İqtisadiyyat
06 Yanvar 10:14
Analitik
06 Yanvar 09:57
Analitik
06 Yanvar 09:30
Analitik
06 Yanvar 09:11
Analitik
06 Yanvar 08:53
Ədəbiyyat
06 Yanvar 08:27
Gündəm
06 Yanvar 00:09
Xəbər lenti
05 Yanvar 23:36
İqtisadiyyat
05 Yanvar 23:19
Siyasət
05 Yanvar 22:52
Dünya
05 Yanvar 22:51
Siyasət
05 Yanvar 22:40
Dünya
05 Yanvar 22:18
Siyasət
05 Yanvar 21:59
Dünya
05 Yanvar 21:46
Sosial
05 Yanvar 21:17
Yeni texnologiyalar
05 Yanvar 20:53
Dünya
05 Yanvar 20:25
İdman
05 Yanvar 19:48
Sosial
05 Yanvar 19:13
Sosial
05 Yanvar 18:31
YAP xəbərləri
05 Yanvar 18:24
Sosial
05 Yanvar 18:09
YAP xəbərləri
05 Yanvar 17:33
Sosial
05 Yanvar 16:27
YAP xəbərləri
05 Yanvar 16:14
Siyasət
05 Yanvar 16:12

