Rəqəmsal maliyyə savadlılığı üçün yeni platforma
17.09.2025 [10:48]
Mərkəzi Bank Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə tamhüquqlu üzv seçilib
Azərbaycan Mərkəzi Bankı (MB) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (İƏİTBMSŞ) tamhüquqlu üzv seçilib. Bu təsisata üzvlük Mərkəzi Bankın maliyyə inklüzivliyi və maliyyə savadlılığının artırılması istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin və nümayiş etdirdiyi təşəbbüskarlığın nümunəsidir. MB indiyə qədər İƏİTBMSŞ-nin beynəlxalq bank icması üçün təşkil etditi bütün layihələrdə fəal iştirak edərək etimadlı institut kimi tanınıb, ələlxüsus da “Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”, “Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı maliyyə” üzrə işçi qruplarında iştirak etməklə beynəlxalq səviyyədə hazırlanan bank-maliyyə strategiyalarında öncüllüyünü nümayiş etdirib. Nəticədə, adıçəkilən nüfuzlu qurumun tamhüquqlu üzvü ailəsində yer alıb.
Mərkəzi Bankın Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə etibarlı tərəfdaş kimi cəlb olunması Azərbaycanın bank sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, MB beynəlxalq bank siyasəti tədbirlərində yaxından iştirak etməklə mühüm strateji maliyyə sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb olunacaq, həmçinin bank siyasəti bazalarına çıxış əldə etmək hüququ qazanacaq. Bununla da, Mərkəzi Bank qabaqcıl təcrübələr və yanaşmalarla mütəmadi tanış olmaq imkanlarından faydalanacaq.
Strateji Yol Xəritəsindən irəli gələn tələb
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) aparıcı təsisatlarından biri olan Şəbəkə dünyada maliyyə təhsili məsələləri üzrə tənzimləyicilər və digər iştirakçılar arasında əməkdaşlığı təşviq edən bir platformadır. Bu şəbəkədə 74 ölkədən əksəriyyəti mərkəzi banklar olan 135-dən artıq dövlət təşkilatı təmsil olunur. ABŞ, Kanada, Almaniya, Fransa kimi dünyanın aparıcı dövlətlərinin xüsusi aktivlik göstərdiyi şəbəkə ilə MDB-dən 4 ölkə, o cümlədən Azərbaycan əməkdaşlıq etməkdədir. Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkənin qarşıya qoyduğu əsas məqsəd üzv ölkələrin aparıcı qurumları arasında iqtisadi və maliyyə savadlılığı üzrə informasiya və fikir mübadiləsinin təmin edilməsi, habelə beynəlxalq aləmdə bu sahədə mövcud olan qabaqcıl təcrübənin təbliğidir. Şəbəkə bank-maliyyə sahəsində işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirir ki, Azərbaycanın Mərkəzi Bankı da neçə ildir ki, bu tədbirlərdə fəal yer alır.
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və “Rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması” sənədlərində qarşıya qoyulmuş əsas hədəflərdən biri məhz maliyyə savadlılığını artırılması, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqidir.
Beynəlxalq Maliyyə Korporasiyası ilə “yaşıl maliyyə” savadlılığının təşviqi
Mərkəzi Bank bu prinsipləri rəhbər tutaraq son illərdə maliyyə savadlılığı üzrə proqramlarda beynəlxalq institutlarla əməkdaşlığı gücləndirib, Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və digər qurumlarla birgə bu istiqamətdə fəal tərəfdaşlıq qurub. Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə rəqəmsal maliyyə xidmətləri üzrə müasir çağırışlara əsaslanan layihələr icra edilib. Ötən ilin noyabrında BMK ilə “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı keçirilən tədbir dünya miqyasında dayanıqlı maliyyə çərçivəsinin yeni aləti olan “yaşıl maliyyə”yə keçidlə bağlı beynəlxaql təcrübənin mənimsənilməsi baxımından maliyyə bazarı iştirakçıları üçün faydalı olub. Bu cür əməkdaşlıq çərçivəsi dayanıqlı maliyyə sahəsində koordinasiyanı və qlobal yanaşmanı dəstəkləmək üçün təsviqedici rol oynayır.
Nüfuzlu platformalarından biri olan Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsi ilə yaxın tərəfdaşlıq isə MB-a bank sistemində müasir rəqəmsal alətlərin tətbiqi, maliyyə bazarı iştirakçıları üçün qabaqcıl təcrübələrin mübadiləsi və digər sahələrdə əhəmiyyətli nəticələr qazandırıb.
Beləliklə, Mərkəzi Bankın İƏİT-nin Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə üzv olması Azərbaycanın bank icmasının maliyyə savadlılığı proqramlarını daha dərindən mənimsəməyə və məlumat əlçatanlığına yaxından çatması, habelə beynəlxalq standartları əhatəli tətbiq etməyə, ümumilikdə maliyyə inklüzivliyinin genişlənməsinə töhfə verəcək. Eyni zamanda, Şəbəkə ilə yeni mərhələdə əməkdaşlıqlar fonunda layihələrin reallaşdırılması ölkəmizdə iqtisadiyyat və maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

