Lyanyunqan-Bakı marşrutu...
10.07.2025 [10:42]
Avrasiya məkanında daha rəqabətqabiliyyətli nəqliyyat bağlantısı
Müstəqil Azərbaycanla dünya nəhəngi Çin arasında qarşılıqlı maraqlara əsaslanan əlaqələr yüksək dinamika ilə inkişaf edir. İki ölkə arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirdikdə, burada ikitərəfli əlaqələrin geniş gündəliyini görmək mümkündür. O cümlədən ölkələrimiz arasında ticarət dövriyyəsinin artması məmnunluq doğurur. Çin Azərbaycanın idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşıdır.
Nəqliyyat-logistika sahəsi isə iki ökə arasında genişlənən əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Elə bugünlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyətinin Çinə işgüzar səfəri baş tutub.
Azərbaycanla Çin arasında nəqliyyat-logistika sahəsində genişlənən əməkdaşlıq
Bəhs olunan Birgə Bəyanatın gündəliyinə uyğun olaraq Azərbaycanla Çin arasında dərinləşən münasibətlərin mühüm bir seqmentini nəqliyyat-logistika sahəsində əməkdaşlıq təşkil edir. Məlumdur ki, artan geosiyasi gərginliklər fonunda ölkələr və regionlar arasında şaxələndirilmiş nəqliyyat bağlantılarının qurulmasının aktuallığı heç vaxt olmadığı qədər artıb. Hazırda Avrasiya məkanında bir sıra marşrutlar ciddi təhdidlər altındadır. Şimal və Cənub marşrutlarının faktiki olaraq bloklandığı bir şəraitdə əlverişli coğrafi yerləşməyə, müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan və ölkəmizin əsas həlqəsini təşkil etdiyi Orta Dəhliz (Transxəzər marşrutu) Avrasiya ölkələrinin və daşıma şirkətlərinin diqqətini özünə çəkir.
Çində də Azərbaycan üzərindən keçən Orta Dəhlizin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə, regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. BTQ dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir. Yeri gəlmişkən, Çinin təşəbbüsü ilə Orta Dəhlizin dəmir yolu seqmentinin inkişaf etdirilməsi layihəsinin icrasına start verilib. Söhbət Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu bağlantısının təmin edilməsindən gedir. Yeni layihə də Xəzər dənizi vasitəsilə Azərbaycana istiqamətlənib.
Yeni dəmiryolu bağlantısının yaradılması gündəmdə
Təbii ki, Azərbaycanla Çin arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları daha böyükdür. Bu məqsədlə tərəflər dayanmadan intensiv şəkildə iqtisadi dialoq və qarşılıqlı biznes tədbirləri təşkil edir, investisiya və ticari təşviqləri artıran təşəbbüslər irəli sürürlər. Yuxarıda bəhs olunan səfər çərçivəsində ADY nümayəndələri Çinin nəqliyyat-logistika şirkətləri ilə görüşlər keçiriblər. ADY sədri Rövşən Rüstəmov Çinin CRRC (“China Railway Rolling Stock Corporation”) korporasiyasının vitse-prezidenti Fanq Fenq və korporasiyanın Çjuçjou lokomotiv istehsalı şirkətinin sədri Van Qiaolinlə keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması ilə əlaqədar olaraq, yük daşımalarının etibarlı və təhlükəsiz təmin edilməsi üçün lokomotiv parkının yenilənməsi və genişləndirilməsinə, CRRC ilə bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Həmçinin Çindən 7 ədəd yeni lokomotivin alınması ilə bağlı cari ilin aprel ayında imzalanmış sazişin təfərrüatları, ADY mütəxəssisləri üçün təlim kursları və texniki treninqlərin təşkili, texniki həllər, istehsalat imkanları, təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.
Səfər çərçivəsində Lyanyunqan Limanının rəhbəri Van Qoi Çao ilə görüşdə ADY-nin bu limanla əməkdaşlığının Şərq və Qərb arasında, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat bağlantısının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Hazırda Çin və Azərbaycan arasında yükdaşımalarda ciddi artım dinamikası müşahidə olunur. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu mənada, Lyanyunqan-Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkilinin prioritet istiqamətlərdən biri olduğuna diqqət çəkilib.
Bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Limanı rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya olunub. Bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına və beynəlxalq tərəfdaşlara kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir. Bakı Limanı Asiya və Avropa arasında yük axınının təmin edilməsində vacib rol oynayır. Hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton, o cümlədən 150 min TEU konteyner təşkil edir. Gələcəkdə isə limanın ümumi gücünün ildə 25 milyon ton, o cümlədən 500 min ton TEU konteyner olacağı nəzərdə tutulur.
Van Qoi Çao deyib ki, Lyanyunqan Limanı təkcə Çin deyil, Yaponiya və Koreya məhsullarının da ixracını həyata keçirir, bu da marşrutun əhəmiyyəti və yükdaşıma coğrafiyasını genişləndirir. O əmin olduğunu bildirib ki, qarşılıqlı fəaliyyət nəqliyyat əlaqələrin möhkəmləndirilməsinə və Lyanyunqan-Bakı marşrutunun Avrasiya məkanında daha rəqabətqabiliyyətli olmasına imkan verəcək.
“China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin prezidenti Yan Binlə görüşdə isə ADY sədri Rövşən Rüstəmov CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, CRCT-nin birgə müəssisənin işində aktiv iştirakı regionun logistika üzrə əlaqələrini, Orta Dəhliz boyunca şirkətlərin rolunu gücləndirəcək və marşrutun səmərəliliyini artıracaq.
Görüşdə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması potensialının olduğu bildirilib. Çin-Azərbaycan-Çin istiqamətində konteyner daşımaları həcminin çoxaldılması və logistikanın optimallaşdırılması məqsədilə rəqəmsal həllərin tətbiqi, 2025-ci ilin ikinci yarısında göndərişlərin artırılması üçün fəaliyyət planının razılaşdırılması, liman-dəmiryol infrastrukturunun inteqrasiyası kimi mühüm məsələlər müzakirə olunub.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

