Azərbaycan-Macarıstan iqtisadi əlaqələri sadiq tərəfdaşlıq ruhunda inkişaf edir
22.05.2025 [10:47]
Azərbaycanın Mərkəzi-Şərqi Avropa regionunda ən yaxın dostlarından biri olan Macarıstanla siyasi-iqtisadi əlaqələr tarixi köklərə və mehriban dostluğa əsaslanır. Tarixin bir çox mərhələsində Macarıstan Azərbaycanla siyasi, elmi-mədəni proseslərdə ortaq mövqe sərgiləyərək etibarlı dost kimi sadiqliyini nümayiş etdirib. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin Macarıstanla əməkdaşlığa xüsusi önəm verməsi, diplomatik münasibətlərin yaxın tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi rəsmi Budapeşti etibarlı müttəfiqə çevirib.
Prezident İlham Əliyevin də xarici siyasət kursunda Macarıstan ilk yerlərdən birini tutmuş, yaradılmış güclü siyasi dialoq və strateji əməkdaşlıq sayəsində əlaqələr yeni mərhələyə daxil olub. 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, habelə 2023-cü ildə qəbul edilən “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətləri ən yüksək zirvəyə yüksəldib.
İqtisadi əməkdaşlığı gücləndirən yeni layihələr
Azərbaycan Prezidentinin Macarıstana davamlı xarakter alan səfərləri, eləcə də, Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri əməkdaşlığın dinamikasını və siyasi ruhunu daha da gücləndirib, əsil dostluq platforması formalaşdırıb. Təsadüfi deyil ki, V.Orban Azərbaycanı öz doğma Vətəni adlandırır. Eləcə də Cənab İlham Əliyev Macarıstanı öz doğma evimiz hesab etdiyini bildirir.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da dayanmadan güclənir. Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyası iki ölkə arasında iqitsadi-ticari sahədə əlaqələrin inkişafında vacib mexanizm kimi çıxış edir. Eləcə də iki ölkənin biznes icması və iri şirkətlərinin təmsil olunduğu Biznes-forumlar iqtisadi təmasların artmasında mühüm platformaya çevrilib. Ötən dövrdə Bakı və Budapeştdə 20-yə yaxın biznes forum, işgüzar görüş və digər tədbirlər keçirilib ki, bu da Azərbaycan və Macarıstan şirkətləri arasında iqtisadi-investisiya təşəbbüskarlığını artırıb. Ölkələr arasında ticarət dövriyyəsi 2024-cü ildə 65 milyon dollara yaxın olsa da, tərəflər bunu qanedici hesab etmir və yeni imkanları dəyərləndirmək niyyətindədir.
Prezident İlham Əliyevin səfəri zamanı bu məsələyə də diqqət çəkilib, əlaqələrin intensivləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə addımlar atılacağı bəyan olunub. Macarıstanın “MVM” və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artırmağı düşünür. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibi olmaqla, yeni layihələrdə də səhmdar olacaq. Belə ki, gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq ki, bu da Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkətlərinin fəaliyyətini təmin edəcək. Eləcə də Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf edirilməsi potensialı nəzərdən keçirilir və hər iki ölkənin birgə sərmayə qoyluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları qiymətləndirilir.
Macarıstanın enerji təhlükəziliyində Azərbaycanın rolu güclənir
Azərbaycan Pan-Avropa klubuna qoşduğu Macarıstanın enerji təhülkəsizliyində də mühüm təminatçıdır. Rəsmi Budapeşt Azərbaycanın təşəbbüskarlığı və qətiyyəti sayəsində Cənub Qaz Dəhlizində yer almış əsas tərəfdaşlardan birinə çevrilib. Azərbaycan öz qaz ixracının coğrafiyasını genişləndirməklə Macarıstanı da əlavə resurslarla təchiz etməyi düşünür. Bu isə Budapeştin Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji bazarlarında yaranmış çətin və ağır tarif yüklərindən xilas olması, iqtisadi problemlərinin həllində mühüm rol oynayacaq. Baş nazir Viktor Orbanın vurğuladığı kimi qonşu ölkədə gedən müharibə ölkə iqtisadiyyatına 20 milyard avrodan artıq itki verib, Macarıstan Rusiya ilə enerji münasibətlərini qoruyub saxlasa da, Ukraynanın tətbiq etdiyi məhdudiyyətlər itkilərə səbəb olur. Türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın dəstəyi olmasaydı, bu itkilər daha ağır olar bilərdi. Bu bəyanat bir daha Azərbaycanın Macarıstanın enerji təhlükəsizliyində mühüm rolunu təsdiqləyir.
Tərəflər həm də “yaşıl enerji” layihələrində də fəal işləyir və Azərbaycanın böyükmiqyaslı yaşıl enerji gündəliyi macar şirkətləri üçün cəlbedicidir. Həmin resursların istehsalı və emalı növbəti mərhələdə işə düşəcək Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” kəməri vasitəsilə Macarıstana da bərpaolunan enerjinin nəqlinə imkan verəcək. Yəni, Azərbaycan Macarıstanı qazla yanaşı, alternativ enerji mənbələri ilə də təmin edəcək.
Türk ailəsinin etibarlı üzvü
Macarıstan davamlı olaraq Türk Dünyasının birgə layihələrində yaxından təmsil olunmaqla faktiki olaraq Türk dövlətlərinin ortaq maraqlarını ifadə edir, Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv olmasına baxmayaraq, birgə layihələrdə təmsil olunub, özünü Türkdilli ölkələrin ailəsində hesab edərək regional layihələrdə iştirak edir. Türk dünyasının ortaq layihəsi olan Orta Dəhlizdə yer almaq üçün fəallığını artırır.
Beləliklə, regionda baş verən geosiyasi proseslər və yaranmış yeni reallqlar Azərbaycan və Macarıstan arasında strateji müttəfiqliyin də dərinləşməsini labüd edir. Şübhəsiz ki, Prezident İlham Əliyevin mayın 20-də Macarıstana səfəri iki ölkə arasında əlaqələrin perspektivləri üçün yeni səhifə açacaq, xüsusən də iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

