Londondan verilən mesajlar...
16.05.2025 [10:23]
Azərbaycan “yaşıl enerji”nin cəlbedici investisiya məkanına çevrilir
Bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londonda keçirilən illik toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” mövzusunda investisiyaya baxış sessiyasında “yaşıl enerji” dəhlizlərində ölkəmizin enerji habı kimi strateji mövqeyi vurğulanıb. Azərbaycanda “yaşıl enerji” keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işlər qeyd olunub. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin baş maliyyə direktoru Mazin Xan bildirib ki, Azərbaycan hökumətinin təmin etdiyi əlverişli tənzimləyici mühit sayəsində bərpaolunan enerji mənbələrinə investisiya qoyuluşu artır və bu sahə daha cəlbedici istiqamətə çevrilir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik iclası çərçivəsində keçirilən panel müzakirəsində bildirib ki, BƏƏ və Azərbaycanı eyni enerji bənzərliyi birləşdirir. Hər iki ölkə əvvəllər neft və qaza yönəlmiş siyasət yürüdürdüsə hazırda dayanıqlı enerji balansında “yaşıl enerji” amili daha çox ön plana keçməkdədir. Yeni enerji siyasətinə keçid Azərbaycan və BƏƏ-nin iqtisadi cəhətdən əsaslandırılmış yeni uğurlu strategiyası olmaqla yanaşı, ekoloji hədəflərinin də müasir vizyonunu nümayiş etdirir.
Bərpaolunan enerji üzrə proqnozlar nikbindir
Azərbaycanın bərpaolunan enerji sektorunun xarici investorlar üçün cəlbedici olduğunu xatırladan M.Xanın fikrincə, üç əsas amil sərmayəçilərin marağının artmasında mühüm rol oynayır. Birinci amil ölkə rəhbərliyinin “yaşıl enerji”yə və təmiz enerji dövrünə keçiddə yüksək dərəcədə sadiqliyidir. Dövlət bu sahədə öz niyyətlərini açıqlayıb. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırmağı əsas hədəfi kimi elan edib.
İkinci amil təbii ehtiyatların, xüsusilə günəş və külək enerjisi ehtiyatlarının həcmləri barədə nikbin proqnozlardır. Azərbaycanda həm quruda, həm də dənizdə böyük külək enerjisi potensialı var. Qiymətləndirmələrə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır.
Üçüncü amil tənzimləyici mühitin yaxşılaşdırılmasıdır. Azərbaycan hökuməti bu sahədə çalışan şirkətlərin fəaliyyəti üçün güclü normativ baza yaradıb, əlverişli iqtisadi mühiti təmin edib.
“Masdar”ın Azərbaycanda iddialı investisiya planları
AYİB-in toplantısında Azərbaycanın “yaşıl enerji” ixracında rolu və yeni dəhlizlərdə təşəbbüskarlığı da təqdir olunub. “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasından sonra Azərbaycanın “yaşıl ixracatçı”ya çevrilməklə Avropa və Asiya arasında yeni təchizatçı olacağı diqqətə çatdırılıb. Bərpaolunan enerjinin isteshalı və emalı, habelə ixracında xarici tərəfdaşlarla əməkdaşlıq, o cümlədən BƏƏ ilə yaxın və faydalı əlaqələrin mühüm əhəmiyyəti vurğulanıb. Bu prosesdə “Masdar” şirkətinin həyata keçirdiyi layihələr nümunə kimi dəyərləndirilib.
Qeyd edək ki, “Masdar” ölkəmizdə ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb. Şirkətlə ötən il imzalanmış sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
“Masdar” şirkəti Azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq.
Azad ərazilər “yaşıl enerji” körpüsünə qoşulur
Məlum olduğu kimi Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur. Ortamüddətli inkişaf konsepsiyasında bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib. Bunlar bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarının tətbiqi, ağıllı enerji idarəetmə kimi modellərdir.
“Masdar” şirkəti bu ərazilərdəki “yaşıl enerji”yə böyük maraq göstərir və yaxın vaxtlarda azad edilmiş ərazilərin bərpaolunan enerji mənbələrinin istismarına dair yeni sazişlərin imzalanması ehtimal olunur. Bu ölkənin dövlət və biznes icmasının təmsil olunduğu böyük bir nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Səfər zamanı BƏƏ-nin özəl şirkətlərin Qarabağın bərpa prosesində iştirakının nəzərdən keçirildiyi vurğulanıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

