Geniş əməkdaşlıq üçün yeni platforma
16.05.2025 [09:47]
Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumunda gələcəyə yönələn strategiyalar müəyyənləşib
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş direktorunun müavini Maryan Osvaldla görüşündə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə elektron ticarət və poçt daşımalarının gələcək inkişafı barədə məsələhətləşmələr aparılıb. İttifaqın rəhbəri 2025-ci il sentyabrın 7-19-da Dubayda keçiriləcək 28-ci Konqresə seçkilərdə Azərbaycanın ÜPİ-nin İnzibati Şura və Poçt İstismarı Şurasına üzvlüyünə namizədliyinin irəli sürüləcəyini bildirib.
173 ölkə ilə əməkdaşlıq qurulub
1993-cü ildə ÜPİ-yə daxil olan Azərbaycan MDB dövlətləri arasında İttifaqın ən fəal iştirakçısı kimi özünü təsdiqləyib. Belə ki, respublikamız poçt xidmətləri ilə bağlı zəruri infrastrukturların inkişaf etdirərək fəaliyyətin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurmağa nail olub. Poçt və maliyyə xidmətlərinin müasirləşməsi istiqamətində mühüm uğurlar əldə edib. Bu nailiyyətlər sayəsində ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.
Azərbaycanın milli poçt operatoru olan “Azərpoçt” hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir, onlardan 126-sı ilə qeydiyyatlı göndərişlər üzrə birgə əməliyyatları həyata keçirir. Ölkəmiz hazırda digər rəqəmsal poçt alətlərinə transformasiya istiqamətində işləri, o cümlədən, Ümumdünya Poçt Konvensiyası və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə qoşulmaqla bağlı səylərini davam etdirir. Hər iki struktur poçt xidmətlərinin və ödənişlərinin müasir inkişaf meyarlarına çatmaqda yeni fürsətlər deməkdir.
Ümumdünya Poçt İttifaqının ölkəmizə etimadı
Qlobal poçt ailəsinin Bakıda müntəzəm olaraq müxtəlif dialoqlarının aparılması isə Azərbaycana olan etimadın mühüm göstəricisidir. Bu baxımdan mayın 13-də Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumu elektron ticarət, innovasiya və təchizat zəncirinin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir sənaye liderləri və tərəflər arasında dialoqu asanlaşdırmaqla müştərilərin və bizneslərin dəyişən tələblərinə uyğun, gələcəyə yönələn strategiyaların və innovativ həllərin inkişaf etdirilməsinə təkan verir. Eyni zamanda, ÜPİ-nin regional inkişafı təşviq etmək və beynəlxalq poçt əməkdaşlığını gücləndirmək istiqamətindəki öhdəliyini də bir daha təsdiqləyir. Forum rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasının artmasında yeni imkanlar yaradacaq.
Hazırkı çağırışlardan biri inkişaf etməkdə olan ölkələrin poçt təşkilatları arasında rəqəmsal əməkdaşlığın gücləndirilməsidir. Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktorunun müavini Maryan Osvald bildirib ki, elektron ticarət ÜDM-in artırılması üçün gələcəyin infrastrukturudur. E-ticarət təkcə dövlət xidməti deyil, həm də konkret ölkənin ÜDM-ni əhəmiyyətli dərəcədə artıra bilən istiqamətdir. Bu baxımdan poçt rabitəsinin e-ticarət proqramının ayrılmaz tərkibinə çevrilməsi bu sahədə maliyyə xidmətlərinin də inkişafına güclü stimul verəcək. Nəticədə, biznesin xarici ticarət tərəfdaşları ilə əlaqəsi artmaqla, geniş bir rəqəmsal bazar infrastrukturu formalaşacaq.
Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi
ÜPİ ilə Azərbaycan arasında əməkdaşlığın digər istiqaməti poçt bağlamalarının gömrük rəsmiləşdirilməsinin müasir alət və qaydalardan istifadə etməklə tənzimlənməsi və sərhəd-keçid məntəqələrində elektron ticarətin asanlaşdırılmasıdır. Azərbaycan bu istiqamətdə də davamlı islahatlar aparır, poçt bağlamalarının rəsmiləşdirilməsinin sürətləndirilməsi, risk təhlillərinin effektivliyinin artırılması üçün ÜPİ ilə sıx tərəfdaşlıq edir, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrini tətbiq etməyə çalışır.
Ümumdünya Poçt İttifaqının İnkişaf və Əməkdaşlıq üzrə direktoru Mutua Muthusi isə hesab edir ki, rəqəmsal platformaya keçid zəif işləyən poçt şəbəkələrinin optimal fəaliyyət səviyyəsinə çatmasını təmin edə bilər ki, nəticədə güclü beynəlxalq poçt şəbəkəsi yaradılacaq. ÜPİ bu məqsədlərə çatmaq üçün üzv ölkələrə texniki yardım, avadanlıq dəstəyi və potensialın artırılması proqramları təqdim edir. Bakıda keçirilən beynəlxaql tədbir bu baxımdan yüksək səviyyəli potensialların artırılmasında mühüm addımlardan biri olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

