BVF-nin gözləntiləri nikbindir
06.02.2025 [10:26]
Valyuta Fondu ölkəmizdə aparılan islahatlardan razıdır
Fond özəl sektora dəstək verməyə hazır olduğunu bəyan edib
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi şaxələndirməyə və bu sahədə özəl sektorun rolunun artırılmasına öz dəstəyini verməyə hazır olduğunu bəyan edib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə maliyyə nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Azər Bayramovun görüşündə IV Maddə Məsləhətləşmələri üzrə danışıqlar aparılıb. Görüş zamanı IV Maddə Məsləhətləşmələrinə dair hazırlıq işləri və bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillərin istiqamətləri diqqət mərkəzində olub.
Görüşdə ölkəmizin 2024-cü ilə dair makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icrası, 2025-ci il və ortamüddətli dövr üzrə büdcə planları və gözləntiləri, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun sabit artımı, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar və əldə olunan nəticələrlə bağlı geniş məlumat verib, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlara diqqət çəkilib.
Şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi təqdir edilir
BVF-nin missiya rəhbəri bildirib ki, 2025-ci il üzrə IV Maddə Məsləhətləşməsi sənədində Azərbaycanda iqtisadi artımın sürətlənməsi və inflyasiyanın azalması daxil olmaqla son iqtisadi inkişaflar, perspektivlər və risklər yer alır. A.Bordon ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında keçirilən görüşdə isə vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.
Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətini neft amili nəzərə alınmadan yeni iqtisadi model hazırlayaraq həyata keçirdiyi islahatların müsbət səmərərə verəcəyinə əminliyini ifadə edib. Fond azad biznesin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini müsbət dəyərləndirib, eyni zamanda, sahibkarlıq sektorunda maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsini və bankların özəl sektora daha əlçatan kreditlər verməsini də vacib sayır. Tövsiyələrə əsasən, maliyyə bazarının inkişaf etdirilməsi, biznesin və ailə təsərrüfatlarının bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirə bilər.
Valyuta Fondunun nikbin proqnozu: Azərbaycanda iqtisadi artımın yüksələcəyi gözlənilir.
ÜDM-lə bağlı proqnozlar ümidvericidir
Ümumilikdə, Beynəlxalq Valyuta Fondunun Azərbaycan iqtisadiyyatının perspektivləri ilə bağlı gözləntiləri nikbindir. Fondun ötən il dərc etdiyi “World Economic Outlook” hesabatda qeyd edilir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri yaxşılaşmaqdadır və bu dinamika daha da artacaq. 2025-ci ildə iqtisadi artımın 4 faiz təşkil edəcəyi ehtimal olunur. BVF-nin bir müddət əvvəl dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatda isə 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,5- 4 faiz olacağı fərz olunur.
Hazırda Azərbaycanda ÜDM-in 4,1 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini təsdiqləyir. Bu tempin ilin sonunda və növbəti ildə də davam edəcəyi, qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi gözlənilir. Fond 2025-ci ildə ÜDM-in 77 milyard dollara (131 milyard manat) qədər artacağaını proqnozlaşdırır ki, bu da cari ildə ehtimal edlən əlavə dəyərin həcmindən nominal dəyər üzrə təxminən 3 milyard manat çox olacağı deməkdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan hökumətinin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədində də ÜDM-in illər üzrə artımı əks olunub. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnozlara əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.
Azad ərazilər iqtisadi inkişaf üçün dayanıqlı mənbəyə çevrilir
Qarşıdakı illərdə Azərbaycanın qeyri-neft sektoru üzrə gəlirlərin yüksək artımında əsas mənbələrdən biri kimi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da mühüm rol oynayacaq. İşğaldan azad edilmiş ərazilərimizdə bir çox iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialının olmasını nəzərə alsaq, yaxın 4-5 ildə bu bölgənin iqtisadi artıma töhfələri olacaqdır. Belə ki, kənd təsərrüfatı sahələrindən arıçılıq və maldarlıq, balıqçılıq potensialı olan Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər və Füzuli rayonlarında artıq aqrar layihələrin təməlləri qoyulmaqdadır. Yaxın perspektivdə bu bölgədə ən azı 232 min hektar sahədə əkinlərin olacağı proqnozlaşdırılır ki, bu da ölkə üzrə bitkiçilik məhsullarının istehsalının təxminən 12-15 faiz artımına səbəb olacaqdır. Hazırda bu ərazilərdə heyvandarlıq təsərrüfatlarının yaradılması işləri də davam etdirilir. Həmin bölgədə təqribən 45 min ton ət və 240 min ton süd istehsalının olacağı proqnozlaşdırılır ki, bu da idxalın əvəz edilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından regionun əhəmiyyətinin böyük olmasını bir daha göstərir. Azərbaycanda qeyri-neft iqtisadiyyatının potensiallarının güclənməsində işğaldan azad edilmiş rayonların töhfəverici rolunun möhkəm bazalardan biri olacağına dərin zəmin yaradır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

