“Türk Dünyasına Baxış 2040”...
18.01.2025 [10:51]
TDT ölkələri Orta Dəhlizdə rəqəmsal gömrük və asan ticarət rejimi yaradır
Azərbaycanın strateji-coğrafi mövqeyi ölkəmizi regionun vacib tranzit və logistika mərkəzlərindən birinə çevirib. Respublikamız Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan Orta Dəhlizdə və Şimal-Cənub beynəlxalq nəqliyyat koridorunda öz tranzit potensiallarının dayanmadan artırır. Şərq və Qərb coğrafiyalarındakı mövcud nəqliyyat və logistika infrastrukturlarının əlaqələndirilməsi prosesləri isə Türk Dövlətləri Təşkilatına üzv (TDT) ölkələrin iqtisadi inteqrasiyasının genişlənməsində mühüm rol oynamaqdadır. Bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov yanvarın 16-da Bakıda keçirilən TDT Gömrük Xidməti Rəhbərlərinin X iclasında bildirib.
İclasda TDT ölkələri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”nın fəaliyyəti, Elektron imza və müasir izləmə texnologiyalarının tətbiqi və digər istiqamətlərdə müzakirələr aparılıb. TDT-nin baş katibi Kubaniçbek Omuraliyev bildirib ki, qlobal çağırışlar fonunda sərhədlərarası ticarətdə çətinliklər müşahidə olunmaqdadır. Nəqliyyat və logistika xərcləri, uzun məsafələr, sənədlərin yoxlama müddətləri, gömrük və tranzit prosedurları son nəticədə tranzit daşınmalarındakı intensivliyə təsir göstərir. Ona görə də, türk dövlətləri müəyyən etdikləri “Türk Dünyasına Baxış 2040” strateji sənədinə uyğun olaraq, Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağı hədəfləyib. Həmin hədəflər çərçivəsində Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması və “Bir pəncərə” prinsipinin tətbiqi başlıca yer tutur. Həmçinin, vahid gömrük informasiya sisteminin yaradılması, ortaq risklərin idarə edilməsi mexanizmlərinin formalaşdırılması, elektron ticarət sahəsində innovativ texnologiyaların və vahid bəyannamə sisteminin tətbiqi əsas prioritetlərdəndir.
“Qarabağ Bəyannaməsi”nin hədəflərindən biri
Qeyd edək ki, türk dövlətləri sadələşdirilmiş gömrük rejiminin yaradılması barədə 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşündə razılığa gəlib. TDT ölkələri tərəfindən imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişdən irəli gələn hüquqi çərçivə ötən 2 il ərzində müvafiq orqanlar arasında hazırlandıqdan sonra 2024-cü il noyabrın 29-da qüvvəyə minib. Sənədə əsasən, türk dövlətlərinin apardığı ticarət əməliyyatları zamanı gömrük prosedurları asanlaşacaq və daşınma-logistika rejiminin yumşaldılması, sərhədkeçmə prosedurlarının asanlaşdırılması, qarşılıqlı ticarətin elektronlaşdırılması üzrə rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi nəzərdə tutulub.
Yeni təsisatın yaradılması türk dövlətlərinin 2024-cü ilin iyul ayında Şuşa şəhərində imzaladığı “Qarabağ Bəyannaməsi”ndə əks edilmiş iqtisadi-ticari hədəflərdən biridir. Bəyannamənin əsas prinsiplərindən biri TDT-nin kollektiv ticarət alyansının yaradılması və bu məqsədlə gömrük rejimlərində asan preferensial (qarşılıqlı güzəşt) qaydaların tətbiqi ilə bağlıdır. Preferensial sazişlərin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan tərəflər arasında mərhələli şəkildə idxal və ixrac olunan bir sıra məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldılması istisna deyil.
Türk dövlətləri arasında ticarət dövriyyəsi artacaq
Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması türk dövlətləri arasında əmtəə dövriyyəsinin də artmasına səbəb olacaq. Hazırda bu dövlətlərin apardığı qarşılıqlı xarici ticarət dövriyyəsinin həcmi təxminən 45-48 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 5 faizi deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir. Mövcud axıcı nəqliyyat infrastrukturlarının daha da müasirləşdirilməsi və beynəlxalq trans-regional dəhlizlərə inteqrasiyaların genişləndirilməsi bu hədəflərin reallaşmasına imkan verməklə, TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyini möhkəmləndirəcək.
Azad Ticarət Rejiminin yaradılması
TDT-nin əsas hədəflərindən biri də rəqəmsal azad ticarət rejiminin təmin olunmasıdır. Bu, üzv ölkələr arasında qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində vahid siyasətin yürüdülməsini nəzərdə tutur. Ticarətdə elektron mübadilənin yeni mexanizmlərindən biri kimi Türkiyədə qüvvədə olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (DEPA) təcrübəsinin bütün üzv ölkələrdə geniş tətbiqi nəzərdə tutlur ki, bu da iqtisadi-ticarət əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edir. DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.
Qeyd edək ki, iclasda TDT-nin Gömrük Xidməti rəhbərləri tərəfindən Məlumat Mübadiləsinin sənədinin texniki şərtləri, Beynəlxalq Yük Daşınmaları (BYD) Konvensiyasına uyğun olaraq “e-BYD” prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb. Bu sənədlər TDT ölkələri arasında ticarətin mübadiləsinin asanlaşdırmaqla yanaşı, əməkdaşlıq etdiyi digər region dövlətləri ilə qarşılıqlı logistika potensiallarının artmasına səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36

