2025-ci ilin iqtisadi proqnozları...
08.01.2025 [10:54]
Qarşıya qoyulan yeni hədəflərə çatmağa imkan verəcək
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ölkəmizin iqtisadi inkişafından bəhs edərək qarşıya qoyulmuş bütün məsələlərin öz həllini tapdığını xatırladıb. Bildirib ki, ölkəmiz inamla inkişaf edir, iqtisadiyyatda müsbət dinamika sürətlənir və bu amil hərbi gücümüzü daha da artırır. Əvvəlki ilin inkişaf potensialları və yeni başladığımız ilin ümidverici ssenariləri ölkənin əsas maliyyə sənədi olan büdcə zərfində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasına dərin zəmin yaradıb. Belə ki, hərbi xərclərin məbləği əvvəlki büdcə ilinin göstəricisi ilə müqayisədə 2025-ci ilin büdcə zərfində 1,3 milyard manat artırılaraq 7,1 milyard manatdan 8,4 milyard manata çatdırılıb. Bu, faiz nisbəti ilə 17,8 faiz artım deməkdir.
Hərbi xərclərimiz 8,4 milyard manat olacaq
Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra itirdiyi hərbi potensialını artırmaq və revanşizm məqsədilə son 5 ildir ki, militarizasiya büdcəsi formalaşdırır. Son 5 ildə bu ölkənin hərbi xərcləri hər il təxminən 15-20 faiz artırılır. 2021-ci ildə müdafiə xərclərini 311,7 milyard dram (638 milyon dollar) təsdiqləyən Ermənistan 2022-ci ildə bu rəqəmi 345,5 milyard dram (719 milyon dollar), 2023-cü ildə bu rəqəmi 517,3 milyard drama (1,28 milyard dollar), 2024-cü ildə isə 550 milyard drama (1,38 milyard dolları) çatdırıb. Ermənistan genişmiqyaslı militarizasiya siyasətinə uyğun olaraq xarici yardım və qrantlar, donorların vəsaitləri hesabına davamlı silah alışları həyata keçirir və 2025-ci ildə hərbi büdcəni daha 20 faiz artıraraq 664 milyard dram və ya 1,72 milyard dollara yüksəldib.
Buna cavab olaraq Azərbaycan da adekvat tədbirlər görməyə məcburdur və yaranmış reallıqlar büdcə siyasətinə də yeni baxış formalaşdırır, dövlət büdcəsi post-müharibə dövrünün çağırışlarına uyğunlaşdırılır. Büdcədə hərbi xərclərin artırılması Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Dövlət başçısının bəyan etdiyi kimi Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz 2025-ci ilin hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırmışıq. “Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”.
“Böyük Qayıdış”ın miqyası böyüyəcək
Eyni zamanda, dövlət sərhəd xətlərinin bərpa edilməsi və qorunması, təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər təhlükəsizlik orqanları üçün ən zəruri imkanların yaradılması, regionda sabitliyin daha da gücləndirilməsi məqsədilə büdcədə əhəmiyyətli həcmdə maliyyə təminatları yaradılır. Həmin xərclərlə paralel olaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpasına böyükhəcmdə vəsait yönəldilir. 2021-ci ildən indiyə qədər (2025-ci ilin yanvar 1-ə) azad ərazilərdə bərpa və quruculuq işlərinə 19 milyard manatdan çox vəsait ayırıb. Bu tədbirlər sayəsində “Böyük Qayıdış” proqramının icrası sürətlənib, ötən il 32 illik həsrətdən sonra Xocalıya, Şuşaya, Xankəndinə sakinlərin geridönüşü baş tutub. Eləcə də, Laçın, Cəbrayıl və digər ərazilərdə sakinlərin öz doğma yurdalarına qayıdışı gerçəkləşib. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. 2025-ci və növbəti illərdə qayıdış daha da sürtələnəcək, 2026-cı ilin sonunadək 34 min 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulur.
“Böyük Qayıdış” planına uyğun olaraq, vətəndaşlarımızın dayanıqlı məskunlaşması ilə yanaşı, iş yerləri ilə təmin edilməsi, məşğulluq proqramlarının həyata keçirilməsi də davamlı xarakter daşıyır. Eyni zamanda, bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında da bağlantı, əbədi körpü qurulmaqdadır.
Qeyri-neft sütunları üzərində...
Sözsüz ki, bütün bu işləri həyata keçirmək üçün ölkə iqtisadiyyat daha da inkişaf etməli, qeyri-neft mənbələrinə əsaslanan yeni imkanlar səfərbər olunmalı, maliyyə potensialı möhkəmlənməlidir. 2024-cü ilin 11 ayın makroiqtisadi göstəriciləri təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son dövrlərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr, o cümlədən qeyri-neft sənayesinin dayanıqlı inkişafı iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir.
Ölkəmizin bütün bölgələrində, o cümlədən, Qarabağ və Şərqi-Zəngəzurda yeni istehsalat sahələri açılır və milli istehsalın təmin edilməsi əsas iqtisadi niyyət kimi daha da gücləndiriləcək. Həmin iqtisadi imkanların səfərbər edilməsi iqtisadi inkişafın birbaşa qeyri-neft sütunları üzərində dayanıqlılığını da gücləndirəcək.
Proqnozlara əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi gözlənilir. Bu isə qarşıya qoyulan yeni hədəfləri icra etməyə imkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21

