Vergi Məcəlləsində nə, necə dəyişir?
21.11.2024 [08:59]
Son illərdə vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi güzəşt və tətillərinin tətbiqi ilə bağlı siyasətin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur. Vergi güzəşt və azadolmaları büdcə, iqtisadi və sosial baxımdan səmərəlilik prinsipləri qiymətləndirilməklə, habelə nəticəyönümlü güzəşt və azadolmalar müəyyən edilməklə təsnifləşdirilib. Bu məqsədlər nəzərə alınmaqla 2025-ci ildə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi hökumətə təqdim olunub və müsbət rəy alaraq Milli Məclisin müzakirəsinə çıxarılıb. Vergi Məcəlləsinə dəyişikliklərin əsas mahiyyətini açıqlayan Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında bildirib ki, təşviqlər investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tarifləri aşağı salmaq, eləcə də daxili istehsalı dəstəkləmək və digər təbbirlərin həyata keçirilməsinə yönəlib.
Vergi yükünün optimallaşdırılması, inzibatçılığın təkmilləşdirilməsi
Qeyd edək ki, ölkənin ali maliyyə sənədi olan 2025-ci ilin dövlət büdcəsi layihəsində gəlirlər üzrə siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək prioritetlərinə fokuslanıb. Bu məqsədlə vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımların atılması planlaşdırılır.
Bu prioritetləri nəzərə aldıqda vergi qanunvericliyinə edilən dəyişikliklərin ilk istiqaməti kimi niyyətin investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasından ibarət olduğunu deyə bilərik. Xüsusilə də azad ərazilərdə biznes və investisiyalar üçün yeni vergi optimallaşma imkanlarının genişləndirilməsi əsas yer tutacaq. Məqsəd 2023-cü ildən tətbiqinə başlanılmış işğaldan azad edilmiş ərazilərdəki vergi güzəştlərinin təşviqini daha da gücləndirməklə bu ərazilərə xarici iş adamlarını cəlb etmək, bölgənin iqtisadi reinteqrasiya arxitekturasını möhkəmləndirməkdir.
Bundan başqa, dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi və bəzi xidmət sahələri üzrə mikrosahibkarların gəlirlərinə vergi güzəştinin tətbiq edilməsi nəzərdə tutulur ki, bu da kiçik və orta biznesin fəaliyyətinə daha geniş meydan açmaq məqsədi güdür. Biznes sektorunda vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur. Belə ki, kiçik, orta və mikro sahibkarların müxtəlif rəqəmsal və elektron sənədləşmələr, daha doğrusu, vergi əməletməsinə çəkdikləri xərclərinin minimallaşdırılması, eyni zamanda, sadələşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər sayəsində də ümumi vergi yükünün azalması gözlənilir. Bundan başqa, cari ilin ortalarında qüvvəyə minmiş Rəqabət Məcəlləsi də təşviqlərlə paralel şəkildə bu istiqamətdə imkanları daha da artıracaq.
“Yaşıl iqtisadiyyat” quruculuğunu təşviq edən güzəştlər
Vergi güzəştləri paketində yer alan ən mühüm prioritetlərdən biri də ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsidir. “Yaşıl iqtisadiyyat” quruculuğunun tərkib hissəsi kimi yer alan bu istiqamət üzrə ətraf mühitin qorunması, sənayeləşmənin ekoloji təsirlərinin azaldılması istiqamətində təşviqedici vergi alətləri çərçivəsində elektroavtomobillərin istifadəsinə böyük üstünlüyün verilməsi, ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə vergi-gömrük tətillərinin artırılması istisna olunmur.
Habelə vergi qanunvericliyində nəzərdə tutulan dəyişikliyə əsasən, enerji doldurucularının idxalı və satışı daha 2 il müddətində ƏDV-dən azad olunur.
Yeni dəyişikliyin başlıca məqsədi ölkəmizdə ənənəvi avtomobil parkını tədricən elektroavtomobillərlə əvəz etmək, onların sayını sürətlə artırmaq, avtomobil idxalı ilə məşğul olan sahibkarları bu sahəyə motivasiya etməkdir.
Habelə dünyada geniş yayılmış məhdudlaşdırıcı vergi alətlərindən istifadə olunacaq ki, onlardan biri də karbon vergisinin tətbiqidir. “Yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı prosesdə aktiv iştirak edən və ekoloji səmərəlilik prinsiplərinə üstünlük verən sahibkarlara “yaşıl vergi” güzəştlərinin verilməsi düşünülür, eyni zamanda, karbon emissiyasının təsirlərinin azaldılması üçün karbon vergisinin tətbiqi gözlənilir.
Hökumət idxal inflyasiyasının təsirlərini məhdudlaşdırmaq və idxalı əvəz edən yerli istehsalı stimullaşdrımaq məqsədilə 2023-cü ildə tətbiq edilən vergi-gömrük güzəştlərinin 2025-ci ildə davam etdirilməsi məqsəduyğun hesab edir. Bu çərçivəyə əsasən, daxili istehsalda istifadə edilən bir sıra xammal və aralıq mallarına tətbiq olunan idxal gömrük rüsumlarının dərəcəsinin 2024-cü il yanvarın 1-dən 7 il müddətinə “0” dərəcəyə endirilməsi, bir sıra əsas vəsaitlərin idxalına ƏDV və gömrük güzəştlərinin tətbiqi siyasətinin davam etdirələcyi nəzərdə tutulur. Həmçinin vergi və gömrük inzibatçılığı mexanizminin və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi də əsas tədbirlərdən biridir.
Kiçik və orta biznesin fəaliyyətinin dəstəklənməsi
Ümumiyyətlə, iqtisadi və investisiya təşviqi xarakterli güzəştlərin bir neçə il də qüvvədə qalması gözlənilir ki, bu da ölkədə qeyri-neft sektorlarında çalışan biznes icmasının fəaliyyətinin daha da genişlənməsini təmin etməkdir. Vergi orqanları məhz bu alətlərlə qeyri-neft sektorunda çalışan biznes icmasını həvəsləndirməyi və bununla vergi bazasını genişləndirməyi hədəfləyir. Vergi bazasının artırılması üçün nəzarət mexanizminin təkmilləşdirilməsi də islahatlar toplusunun istiqamətlərindən biridir. Ancaq bu o demək deyil ki, yumşaq nəzarət tədbirləri hansısa sahənin vergidən yayınmasına əsas verəcək, vergi orqanları qanunla müəyyən edilmiş qaydalar çərçivəsində vergi rejimlərinin tətbiqinə də xüsusi önəm verəcək.
Vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə borcların alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların da təkmilləşdirilməsi, vergi ödəyicisinə qarşı vergi öhdəliyini verilmiş müddətdə yerinə yetirmədiyinə görə, məhdudlaşdırıcı tədbirlərin görülməsi də növbəti ilin planlarına daxildir.
Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulu ölkəyə investisiya axınına, əlavə iş yerlərinin yaradılmasına, mikro sahibkarların fəaliyyətinin dəstəklənməsinə, azgəlirli mikrosahibkarın vergi yükünün optimallaşdırılmasına, avtomobil sənayesinin canlandırılmasına və müxtəlif sahələrdə təşviqedici vergi siyasətinin həyata keçirilməsinə səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44

