Üç marşrut, bir dəhliz
17.11.2024 [11:14]
“Yaşıl Enerji Platforması” 10-a yaxın ölkəni vahid blokda birləşdirəcək
Bakıda keçirilən COP29 sammiti çərçivəsində bərpaolunan enerjinin istehsalı və nəqli ilə bağlı çoxtərəfli görüşlərin keçirilməsi, Azərbaycanın mərkəzi coğrafi nöqtə olmaqla, region ölkələrinin “yaşıl enerji” potensiallarının vahid dəhlizlərdə birləşdirilməsi əsas aparıcı mövzu kimi diqqəti cəlb etməkdədir. Ötən 2 gündə Azərbaycan hökuməti ilə Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Macarıstan, Bolqarıstan və Avropa İttifaqının nümayəndələri arasında aparılan danışıqların məzmunu birgə “Yaşıl Enerji Platforması”nın qurulması ilə bağlı olub.
“Yaşıl Platforma” böyük coğrafiyaları və 10-a yaxın ölkəni əhatə etməklə bərpaolunan enerji mənbələrinin istehsalı, tədarükü və ixracını təmin edən marşrutların vahid bir dəhlizdə birləşdirilməsini nəzərdə tutur.
Platformanın əsas komponentlərindən biri Azərbaycan, Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji güclərinin bir nəql xəttində birləşdirilməsini nəzərdə tutan “Mərkəzi Asiya-Xəzər” enerji dəhlzidir. Bununla bağlı 3 qardaş ölkə yekun sazişi imzalamaqla hüquqi bünövrəni qoyub.
Naxçıvandan Türkiyəyə “yaşıl dəhliz”
“Yaşıl Platforma”nın ikinci komponenti Azərbaycan və Türkiyə arasında “yaşıl enerji”nin ötürülməsini nəzərdə tutan marşrutdur ki, bununla bağlı Bakı və Ankara 2 il əvvəl niyyət razılaşması əldə edib. Bu sxemə əsasən, ilk infrastrukturlar yaradılıb və hazırda Türkiyə və Azərbaycan enerji infrastrukturlarının inteqrasiyasını başa çatdırmaq və enerji ixracını əsasən Naxçıvandakı “yaşıl” potensialar hesabına nəqli üzərində işləyir. Layihə çərçivəsində Naxçıvanda gigavat gücündə bərpa olunan enerjiyə əsaslanan istehsal müəssisəsinin açılması və Türkiyənin enerji sisteminə qoşulması nəzərdə tutulub.
“Yaşıl Platforma”nın sonuncu və coğrafi baxımdan ən böyük komponenti Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanın birgə koalisiyası olan “yaşıl enerji” xətti və ya “Qara dəniz kabeli” adlanan “Xəzər-Qara dəniz-Avropa” dəhlizidir. Bu layihənin əsası 2021-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin birgə razılığı əsasında qoyulub. Bir il sonra, dörd ölkənin liderləri tərəfindən 2022-ci il dekabrın 17-də Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə hüquqi təməl yaradılıb.
Sözügedən layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start veriib. Uzunluğu 1195 kilometr kabel layihəsinin texniki-iqtisadi əsaslandırması da başa çatdırılıb və həmin maliyyələşdirməni Dünya Bankı təmin edib.
“Qara dəniz kabeli”nin maliyyə fondu yaradılır
Hazırda ən həlledici mərhələyə daxil olan “Yaşıl Platforma”nın bu əsas hissəsinin maliyə fondunun yaradılması üçün tərəflər və xarici maliyyə institutları arasında danışıqlar aparılır. Layihəyə xüsusi önəm verən Avropa Komissiyası da Avropa üçün olduqca vacib hesab edilən dəhlizin maliyyə donorlarının təsis edilməsində iştirakçıdır. COP29 sammitində aparılan müzakirələr zamanı tərəfdaş ölkələrlə Dünya Bankı, Avropa Yenidəqurma və İnkişaf Bankı və digər maliyyə qurumları, eləcə də Avropa Kommisiyasının üzvləri ilə aparlan danışıqlarda layihənin bütün təfərrüatları üzrə işlərin sürətləndirilməsinə toxunuldu ki, bu da yaxın vaxtlarda həm xarici, həm də yerli investisiyalar fondunun formalaşdıralacağından xəbər verir. Maliyyə fondu formalaşdıqdan sonra kabelin çəkilişi işləri dörd il ərzində yekunalaşacaq.
Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən Enerji keçidi üzrə İnvestisiya Forumunda çıxışı zamanı bildirib ki, “Yaşıl Platforma” növbəti mərhələdə daha qlobal enerji blokuna çevriləcək. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış sazişə əsasən, “Mərkəzi Asiya-Xəzər yaşıl Enerji Dəhlizi” formalaşacaq və bu layihə “Qara dəniz kabeli”nə inteqrasiya olunmaqla, Avropaya “yaşıl enerji” mübadiləsini genişləndirəcək. Eyni zamanda, “Azərbaycan-Türkiyə-Avropa” enerji dəhlizi də bu platformaya qoşulacaq.
Beləliklə, Azərbaycanın strateji yer aldığı 3 dəhlizinin inteqrasiyası sayəsində vahid “Yaşıl Enerji Platforması” arxitekturası formalaşacaq. Bu vizyon Azərbaycan və Mərkəzi Asiyadan böyük həcmlərdə “yaşıl enerji” və “yaşıl hidrogen”in Türkiyə və Avropa bazarlarına nəqlini təmin etməklə, Asiyadan Avropayadək böyük bir coğrafiyada bərpaolunan enerji istehsal və idxal mərkəzlərini birləşdirəcək, Azərbaycanın geoiqtisadi məkan kimi mövqeyini gücləndirəcək.
Azərbaycanın bərpaolunan gücü...
Azərbaycanın nəzərdə tutulan “yaşıl enerji”ni nəql etməsi üçün potensialları ümidvericidir. Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 17-18 faiz təşkil edir. Bu da 1278 MVt elektrik enerjisi deməkdir. Qiymətləndirmələrə görə, ölkəmizin bərpaolunan enerji mənbələri üzrə texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bütün bu ehtiyatlar təsdiqləyir ki, ölkəmizin “yaşıl enerji” dəhlizində əsas tədarükçülərdən biri olmaq üçün böyük imkanları mövcudur.
Azərbaycan “yaşıl enerji” ilə bağlı potensialının hərəkətə gətirilməsi istiqamətində çoxşaxəli əməkdaşlıq koalisiyası qurub, bir neçə nüfuzlu xarici və beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalayıb. Həmin sazişlərin bir neçəsi icra olunur və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan günəş və külək enerjis stansiyalarından ən azı 1-2 QVt həcmində giqavat gücündə enerji istehsalı gözlənilir. Yaxın 4 ildə Azərbaycan bu gücü ən azı 2 dəfə artırmağı hədəfləyir və bu istiqamətdə xarici investorlarla birgə əsası qoyulmuş bərpaolunan enerji üzrə layihələr əsaslı rol oynayacaq.
Beləliklə, hər 3 dəhlizin vahid platformaya çevrilməsindən sonra ekoloji cəhətdən təmiz elektrik enerjisi çoxşaxəli nəql xətləri ilə Avropaya çatdırılacaq. Azərbaycan Xəzərdəki külək və ?ünəş enerjisini Qara dəniz, Naxçıvandakı gücləri isə Türkiyə vasitəsilə Avropaya nəql edəcək. Respublikamız, ötürücü ölkə kimi Mərkəzi Asiyanın “yaşıl enerjisi”ni isə Xəzər-Qara dəniz marşrutuna qoşmaqla, tranzit gəlirləri əldə edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

