2012-ci il Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər uğurlu olub
10.01.2013 [01:28]
“Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə keçirilən növbəti “Dəyirmi masa”da ölkə iqtisadiyyatında 2012-ci ildə əldə olunmuş nailiyyətlər və 2013-cü ildə qarşıda duran məsələlər geniş müzakirə olunub
Dünən “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə növbəti “Dəyirmi masa” keçirilib. Azərbaycan iqtisadiyyatında 2012-ci ildə əldə olunmuş nailiyyətlər və 2013-cü ildə qarşıda duran məsələlərə həsr olunmuş “Dəyirmi masa”da millət vəkili Tahir Rzayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov, iqtisadçı-ekspert Vüqar Bayramlı və politoloq Cümşüd Nuriyev iştirak edib. Tədbirdə bir daha qeyd olunub ki, 2012-ci il Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər uğurlu olub. Ötən il qeydə alınan göstəricilər bu fikri təsdiq edir. Bildirilib ki, 2012-ci il Prezident İlham Əliyevin iqtisadi siyasətinin növbəti uğurlu ili olub: “Azərbaycanda qurulmuş iqtisadi sistem xarici təzyiqlərə iqtisadi dayanıqlılıq nümayiş etdirdi. Ölkəmizdə makro iqtisadi sabitlik qorunub saxlanıldı. Ötən il infilyasiya tempi proqnozlardan da aşağı səviyyədə - 1,2 % oldu. Bu göstərici ABŞ-da 2 %, Avropa İttifaqı ölkələrində 3 %, MDB məkanında 4 % olub. 2011-ci ildən etibarən ÜDM istehsalı qeyri-neft sektorunun hesabına daha da artıb”.
Makro-iqtisadi göstəricilər və iqtisadiyyatın strukturundakı dəyişikliklər məhz Azərbaycan iqtisadiyyatının daha dayanıqlı inkişafından xəbər verir. Avrozonada böhranın olmasına baxmayaraq, ÜDM-dəki artım tempini qoruyub saxlaya bilib. Neft sektorundakı 5% azalmaya baxmayaq, qeyri-neft sektorunun 10 % artımı hesabına ÜDM həcmi artıb. Ölkənin strateji valyuta ehtiyatları 45 milyard dolları keçib, dövlət büdcəsi 25 milyard dollara çatıb, əmək haqları və orta aylıq pensiya 6 dəfə yüksəlib, yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik 5,4 faizə enib.
Daha sonra qeyd olunub ki, Azərbaycanın tarixində ilk dəfə neft hasilatı ildə 50 milyon ton, qaz hasilatı isə 30 milyard kubmetr təşkil edib. Azərbaycandakı sabitlik ölkədə uzun müddət həyata keçirilən düşünülmüş makroiqtisadi strategiya və siyasətə əsaslanır. Digər tərəfdən, böyük maliyyə ehtiyatlarına malik Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarından yararlana bilir. Bu gün Azərbaycanın dövlət borcu ÜDM-in cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2012-ci ilin statistikası göstərir ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də sosial-iqtisadi inkişaf dinamikası təmin edilib. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Qeyri-neft sektorunda sənaye istehsalı 8 faizə yaxın, kənd təsərrüfatı isə 6,5 faiz yüksəlib. 2012-ci ildə ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ən qabaqcıl yerlərdədir.
P.S. Qeyd edək ki, “Dəyirmi masa”dan hazırlanmış geniş materialı növbəti sayımızda oxucularımza təqdim edəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

