Asiya və Dünya Bankının Azərbaycanda “yaşıl” hədəfləri...
31.08.2024 [08:15]
Hər iki maliyyə institutu “yaşıl enerji” sektoruna investisiyalar yatırmağı planlaşdırır
AİB maliyyə dəstəyi göstərməyə hazırdır
Azərbaycan Asiya İnkişaf Bankı (AİB) ilə “yaşıl enerji sektoruna xarici investisiyaların cəlb edilməsi imkanlarını müzakirə edib. İqisadiyyat Nazirliyində keçirilən görüşdə AİB-in Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin istehsalı üçün zəruri müasir infrastrukturların qurulması və istehsalın genişləndirilməsi, habelə “yaşıl enerji” ixracını təmin edən dəhlizlərin yaradılmasında bank öz maliyyə dəstəyini göstərməyə hazırdır.
Azərbaycanla 25 ilə yaxındır ki, infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində yaxın tərəfdaş kimi təmsil olunan Asiya Bankı bu müddət ərzində ölkəmizin iqtisadiyyatına 4,2 milyard dollar həcmində sərmayə yatırıb. Hazırda isə AİB-in gündəliyində yeni enerji mənbələrinin maliyyələşdirilməsi dayanır, Azərbaycan hökuməti ilə bank arasında 2024-2026-cı illərə dair əməkdaşlıq strategiyasına əsasən bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrinin maliyyələşdirilməsinə dair sazişin imzalanması nəzərdə tutulur. Bank xüsusilə də işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinə sərmayə qoyması gündəlikdə durur. Bərpa olunan enerji mənbələrinin ən zəngin ünvanlarından biri azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsidir. Bu bölgədə su elektrik enerjisi baxımından nəhəng potensiala malikdir. Ortamüddətli inkişaf konsepsiyasına əsasən, bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və Yaponiyanın TEPSCO şirkəti müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. AİB-in əsas səhmdarı olan Çin bu bölgədə resursların potensialını nəzərə alaraq həm bankın donorluğu, həm də birbaşa öz maliyyəsi hesabına sərmayələr yatırmağı planlaşdırır. Bir neçə ay əvvəl “China Gezhouba Group” ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu da həmin hədəflərin bir hissəsini əhatə edir. Bundan başqa, “China Energy” şirkəti ilə enerji saxlanc sistemləri, “yaşıl hidrogen”in istehsalı və ixracı, qabaqcıl ötürücü və paylayıcı şəbəkə texnologiyaları və digər prioritet istiqamətlər üzrə birgə əməkdaşlıq imkanlarını da dəyərləndirilməkdədir.
AİB həmçinin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin yaradılmasından bəhs edilib. Bildirilib ki, bu layihələr bərpa olunan enerji sahəsində geniş əməkdaşlığı təşviq edir və ölkəmiz Çin şirkətləri ilə “yaşıl enerji” tərəfdaşlığının qurulmasında maraqlıdır.
Asiya Bankının prezidenti Masatsuqu Asakava bildirib ki, AİB Asiya və Sakit Okean regionu üçün iqlimi dəstəkləyən bank kimi xidmət göstərməyə tam sadiqdir və Bank 2030-cu ilə qədər 100 milyard dollar həcmində iqlim maliyyələşdirməsini təmin etməyi hədəfləyir: Azərbaycan hökumətinin 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 faizə çatdırmaq məqsədini nəzərdə tutan təmiz enerjidə keçid istiqamətində inamlı səylərini dəyərləndirən Bank bu istiqamətdə ölkəmizi dəstəkləməyə davam edəcəkdir. AİB prezidentinin sözlərinə görə, Azərbaycan həmçinin dayanıqlı şəhər nəqliyyatı üzrə e-mobillik, dəmir yollarının rəqəmsallaşdırılması, sürətli dəmir yolu, metro sisteminin təkmilləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması və təhlükəsiz su təchizatının təmin edilməsi kimi bir sıra innovativ təşəbbüslərə diqqət yetirir. Bank “yaşıl enerji”, su resursları, bağlantıların yaradılması və iqlimə davamlı infrastrukturun prioritetləşdirilməsi üçün öz dəstəyini təklif edir.
Əsas donor...
Dünya Bankı (DB) da Azərbaycanda bərpa olunan enerji mənbələrinə (BOEM) sərmayə qoyuluşunda əsas donor kimi çıxış etmək niyyətini bəyan edib. Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini bəyan edib. Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani qeyd edib ki, ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, COP29 tədbiri ilində Azərbaycanın yaşıl sektorlarına sərmayə qoyuluşları nəzərdən keçiriləcək və bankın donorluğu təmin olunacaq.
DB-nin əsas maliyyə strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumu bu sahədə ilkin sərmayə proqramı hesab edilə bilər.
Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirakını etmək marağını ifadə edib.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

