Qələbəsini çalışqanlıq və əzmkarlığına borclu olan çempion
31.08.2023 [12:02]
M.BAYRAMLI
Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.52 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub. O, final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək bu titula sahib çıxıb.
Xədicə Qədəşova “sumi gaeşi” fəndi ilə hər kəsi təəccübləndirmişdi. 3 dəqiqə 13 saniyə davam edən gərgin mübarizənin sonunda Qədəşova qalib gəldi. Adını tarixə yazdırdı.Yenicə Vətənə qayıdan təmsilçimiz öz sevincini yeniazerbaycan.com-a bölüşüb: “Şadam ki, Azərbaycan tarixində ilk qızıl medal qazanan qadın cüdoçu oldum. Döyüşə yaxşı köklənmişdim. Tatamiyə yalnız qələbə qazanmaq fikri ilə çıxmışdım. Açığı, qalib gəlsəm, Azərbaycanda qadın cüdoçular arasında ilk dünya çempionu olacağımı bilmirdim. Tarixi medal qazandığımı biləndən sonra qarışıq hisslər keçirdim, daha sevincli oldum”.
Qələbəsini, ilk növbədə, çalışqanlıq, əzmkarlıq və nizam-intizama borclu olduğunu deyən Xədicə medalı atama həsr etdiyini deyir: “Atam hələ uşaqlıqdan məni cüdoya göndərmək istəyirdi. Çünki özü də gənclik illərində bu idmanla məşğul olub. Mən cüdoya başlayanda nə vaxtsa çempion olacağıma əmin idi. Bundan sonra məqsədim yeniyetmələr və böyüklər arasında Avropa çempionu olmaqdır”.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10

