Bakıda aerobika gimnastikası üzrə dünya çempionatının açılış mərasimi olub
28.05.2021 [10:26]
Mayın 27-də Bakıda aerobika gimnastikası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komandaların paradı olub.
Açılış mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, idmançılarımızın nailiyyətləri Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasətin nəticəsidir.
Nazir müavini deyib ki, beynəlxalq arenada idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan bu gün start götürəcək daha bir idman yarışına ev sahibliyi edir: “Aerobika gimnastikası üzrə dünya çempionatının iştirakçılarını qədim Azərbaycan torpağında salamlayır, onlara ölkəmizə xoş gəlmisiniz deyirəm. Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi təsadüfi deyil. Bu qərarın qəbul edilməsində, ilk növbədə, ölkəmizin beynəlxalq nüfuzu, göstərilən etimad həlledici rol oynayıb”.
İ.İsmayılov bildirib ki, Azərbaycanın yüksək inkişaf tempi, bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurların əldə olunmasına imkan yaradıb. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. O, yarışın Azərbaycanda keçirilməsinə etimad göstərdiklərinə görə beynəlxalq idman qurumuna təşəkkürümü bildirib.
“Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşma və bu istiqamətdə aparılan uğurlu dövlət siyasəti öz bəhrəsini verir. Ölkəmizdə fəaliyyət göstərən idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər. Azərbaycan Gimnastika Federasiyası da ölkəmizin ən fəal idman qurumlarından biri kimi uğurla fəaliyyət göstərir. Federasiyanın inkişaf etdirdiyi idman növlərində əldə olunan nəticələr bunu bir daha təsdiq edir. Bir necə gün əvvəl Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarında iştirak edən qrup komandamızın gərgin mübarizə şəraitində əldə etdiyi bürünc medal da buna parlaq nümunədir”, - deyə İ.İsmayılov əlavə edib.
O bildirib ki, aerobika gimnastikası da yeniyetmələr və gənclər tərəfindən sevilən və populyar olan bir idman növüdür. İdmanın bu növü üzrə ölkəmizdə perspektivli idmançıların yeni nəsli yetişib. İdmançılarımızın əldə etdikləri qələbələr qürurvericidir. Heç bir qələbə təsadüfi deyil. Qələbə üçün əzmlə, dəyanətlə çalışmaq lazımdır. Azərbaycan idmançılarının ortaya qoyduğu nailiyyətlər də məhz bu əsaslara söykənir.
Ölkəmizdə idmanın inkişafına göstərilən ali diqqət və qayğıya, COVID-19 pandemiya dövründə dünya çempionatı kimi nüfuzlu yarışın ölkəmizdə keçirilməsinə dəstəyinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığını bildirən İ.İsmayılov gimnastlara yaradılmış imkandan bəhrələnərək layiqli mübarizə və qələbə arzulayıb.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Vasili Titov tədbirin təşkilinə görə Azərbaycan dövlətinə və Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirərək deyib: “FIG-nin adından bildirmək istərdim ki, bu gün Bakıda başlayan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatını açıq elan etmək bizim üçün qürurvericidir. Dünyanın hər yerindən olan iştirakçıları, onların məşqçilərini, hakimlərini və bu ecazkar idman növünün azarkeşlərini salamlamaqdan xoşbəxtəm. Əminəm ki, ildən-ilə mötəbər beynəlxalq idman tədbirlərinə uğurlu ev sahibliyi edən Milli Gimnastika Arenasındakı yarışlar bütün iştirakçıların və qonaqların yaddaşında qalan gənclik və sevinc bayramına çevriləcək.
Bu irimiqyaslı idman tədbirinin təşkilində göstərdikləri böyük dəstəyə görə Azərbaycan dövlətinə və Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm”.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məşqçilər, hakimlər və idmançılar ədalətli çıxış üçün and içiblər.
Sonda “DanceAbility Azərbaycan - İnklüziv Rəqs Şirkəti”nin rəqqaslarının hazırladığı “Qəlbin baxışı” adlı şou təqdim olunub.
Mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparır.
Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans və aerostep proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

