Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Chess Tour”da iştirak edəcəklər

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Chess Tour”da iştirak edəcəklər

14.01.2021 [19:07]

Bu il keçiriləcək “Grand Chess Tour“ seriyasının turnirlərinə Azərbaycanın qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da dəvət alıblar.

AZƏRTAC xəbər verir ki, seriya çərçivəsində 5 turnir keçiriləcək. Belə ki, iyun ayında təşkil ediləcək (iyunun 3-15-də) birinci turnirə Buxarest, ikinci yarışa (iyunun 16-23-də) Paris ev sahibliyi edəcək. Üçüncü turnir iyulun 5-12-də Zaqrebdə keçiriləcək. Sonuncu iki yarış ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində avqustun 9-16-da və 16-28-də baş tutacaq.

Turnirin mükafat fondu 1 milyon 275 min dollar təşkil edir.

Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31