Bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib
27.04.2019 [09:51]
Aprelin 26-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək beynəlxalq arenada mötəbər idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanın daha bir mühüm turnirə ev sahibliyi etdiyini bildirib. Müstəqilliyin bərpasından ötən müddətdə Azərbaycanın dünyada özünü dinamik inkişaf edən, müasir ölkə kimi tanıtdığını bildirən nazir müavini vurğulayıb ki, respublikamızda digər sahələrlə yanaşı, idmanın inkişafına da diqqət və qayğı göstərilir. Bunun sayəsində Azərbaycan idmanı sürətlə inkişaf edir, atletlərimiz ən nüfuzlu yarışlarda uğurla mübarizə aparır, ölkəmiz mötəbər turnirlərə peşəkarlıqla ev sahibliyi edir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan dünyada qabaqcıl idman dövlətlərindən birinə çevrilib.
İ.İsmayılov deyib ki, son illər müxtəlif səviyyəli beynəlxalq yarışların vətənimizdə keçirilməsi və idmançılarımızın ən mötəbər yarışlarda əldə etdikləri böyük uğurlar bunun əyani sübutudur: “Bunun da nəticəsində beynəlxalq qurumlar irimiqyaslı yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər”.
Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çoxşaxəli fəaliyyətində gimnastikanın da mühüm yer tutduğunu vurğulayan nazir müavini bildirib: “Mehriban xanım Əliyevanın 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu sahədə dinamik inkişafın əsası qoyulub. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkəmizdə gimnastika yeni inkişaf mərhələsinə qədəm qoyub. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişib. Son 16 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib. Ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycanda gimnastika növlərinin, o cümlədən bədii gimnastikanın inkişafına böyük təkan verilib və gimnastika həvəskarlarının sayı ildən-ilə artır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil olunan dünya kubokunda da tamaşaçılar tanınmış bədii gimnastların təqdimatında zərifliyi və əzmkarlığı təcəssüm etdirən maraqlı idman mübarizəsinin şahidi olacaqlar”.
Dünya kubokunun gərgin və maraqlı idman mübarizə şəraitində keçəcəyinə əminliyini bildirən İ.İsmayılov ölkəmizdə idmanın inkişafına göstərdikləri davamlı diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.
Qeyd edək ki, turnirdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışlarda 25 qrup komandası və 70-dən çox gimnast çıxış edəcək. Yarışların birinci iki günündə təsnifat mərhələləri keçiriləcək və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15

