Nazir Azad Rəhimov Formula 1 SOCAR Qran-Prisi ərəfəsində jurnalistlərlə görüşüb
25.04.2019 [09:39]
Azərbaycan dördüncü dəfə Formula 1 yarışına ev sahibliyi edəcək. Bu il Formula 1 rəhbərliyi ilə yeni müqavilə imzalanıb. Yarışın trasında heç bir dəyişiklik nəzərdə tutulmayıb. Əyləncə proqramında isə məşhur müğənnilər iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 24-də jurnalistlərlə görüşən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, əyləncə proqramı çərçivəsində Sem Smitin konserti ləğv olub. Belə ki, Cənubi Afrika turu zamanı müğənninin səhhətində problem yaranıb və həkimlər konsert proqramlarının ləğvini məqbul hesab ediblər. Həmin gün digər məşhur müğənni Cessi Cey “Baku Crystal Hall”da S.Smiti əvəz edəcək. Aprelin 28-də isə Kardi Bi gözəl ifasını təqdim edəcək.
“Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar tikinti və montaj işləri birinci ildəki kimi böyük ölçüdə olmayıb. Ümumilikdə trekin konfiqurasiyası dəyişməz olaraq qalır. Hazırda İçərişəhər və Qız qalası tribunalarının tikinti işləri davam edir. Digər tribunaların tikintisi başa çatıb. Trekyanı baryerlər tam quraşdırılıb. Pit binası ilə əlaqədar görülən işlər başa çatdırılıb və komandalar Bakıya gəlir. Artıq Azərbaycan Qran-Prisinin titul sponsoru var. Belə ki, builki yarışımız Formula 1 SOCAR Azərbaycan Qran-Prisi adlandırılır. Hazırda sponsorların banerlərinin yerləşdirilməsi prosesi davam edir”, - deyə A.Rəhimov əlavə edib.
Nazir bildirib ki, Formula 1 Azərbaycan Qran-Prisi üçün Azərbaycan da daxil olmaqla, ümumilikdə 67 ölkədən bilet alınıb. İndiyədək satılan biletlərin 39 faizi Azərbaycandan, qalan hissəsi isə xaricdən alınıb. Xaricdən ən çox bilet Rusiya və Böyük Britaniyadan alınıb. Sonrakı sıralarda Avstriya, Gürcüstan və Niderland yer alır. İlk onluqda isə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və ABŞ qərarlaşıb. Ümumilikdə xaricdən biletlərin 63 faizə yaxını 10 ölkədən alınıb. Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb. Bir neçə tribunada da biletlər tamamilə satılmaq üzrədir.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində 113-ə yaxın daimi işçinin çalışdığını və bunlardan sadəcə 3-nün xarici ölkə vətəndaşı olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, yarışa yaxınlaşdıqca kadr sayı artır. Bu il ümumilikdə mindən çox işçi fəaliyyət göstərir. 2016-cı ildə keçirilən ilk yarışda 5 min, ondan sonrakı yarışlarda isə 3 min könüllü təşkilatçılıq işində iştirak edib. Bu il də prosesə 3 min könüllü qoşulacaq. Hər ötən il təcrübəli könüllülərlə yanaşı, əsasən yeni könüllülərə daha çox yer verilir. Bu könüllülərin 55 faizi qızlar, 45 faizi isə oğlanlardır. Yarışlara cəlb olunan bütün könüllülərin 90 faizi tələbələrdir. Bununla yanaşı, könüllülər komandasında 30-a yaxın ölkədən könüllü mövcuddur. Onların yarıdan çoxu Azərbaycan universitetlərində təhsil alan xarici tələbələrdir. Formula 1 üçün ilk könüllü proqramı elan olunandan bu günədək ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 mini ötüb. Hər il yüksək peşəkarlıq və fəallıq göstərənlər arasından 50-80 nəfər növbəti yarışlara işçi olaraq cəlb olunurlar. Bu il Formula 1 Azərbaycan Qran-Prisində 300 yeni marşal iştirak edir. Ümumilikdə Marşal Proqramına 1100 yerli, 140 xarici vətəndaş qəbul olunub.
A.Rəhimov vurğulayıb ki, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Bu məbləğ yarışlar ərəfəsində F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, Bakıda baş tutmuş iki Qran-Pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir. İndiyədək Bakıda keçirilmiş iki Qran-Pri ərəfəsində dolayı gəlirlər isə ümumilikdə 113,1 milyon dollar təşkil edib. Bu gəlirlərin içərisində yenə şəhərin turizm sektoru 14,9 milyon dollarla ən çox iqtisadi fayda götürən sektor olub.
“Hazırda Formula 1 dünya çempionatı 21 mərhələdən ibarətdir. Ölkəmizdə ilk yarış iyunda təşkil olunmuşdu. Biz danışıqlar aparırıq ki, yarış növbəti illərdə də iyunda keçirilsin. Hazırda 4 ölkə Qran-Pri təşkil etmək üçün sıra gözləyir. MDB ölkələri arasında yalnız Azərbaycan və Rusiya Formula 1 yarışlarına ev sahibliyi edir”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı Şəhər Halqasında təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

