/ / Azərbaycanda keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında 600-dək idmançının iştirakı gözlənilir
Azərbaycanda keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında 600-dək idmançının iştirakı gözlənilir
12.10.2018 [08:57]
Azərbaycanın 2020-ci ildə Qəbələdə təşkil olunacaq güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi ilə bağlı oktyabrın 11-də mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov belə mötəbər yarışların respublikamızda keçirilməsinin Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının göstəricisi olduğunu vurğulayıb: “Belə mötəbər idman növünə ev sahibliyi etmək çox qürurvericidir. 2020-ci ildə Azərbaycan bir neçə böyük idman yarışına ev sahibliyi edəcək. Onlardan biri də güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışıdır. Ümumiyyətlə, ölkəmizdə idmanın bu növünün inkişafı üçün əlverişli şərait yaradılıb, maddi-texniki baza ən yüksək tələblərə cavab verir”.
Atıcılığın Azərbaycanda ən populyar idman növlərindən hesab edildiyini deyən İ.İsmayılov bildirib ki, ölkəmizdə idmanın bu növü üzrə Olimpiya və Avropa çempionları var. Azərbaycanda atıcılıq idmanı üçün iki Olimpiya kompleksi mövcuddur. Mütəmadi olaraq, Qəbələdəki Atıcılıq Mərkəzində Qran-Pri yarışları keçirilir. Son bir neçə ildə Azərbaycan dünya səviyyəli atıcılıq yarışlarına ev sahibliyi edib.
Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Bakı Atıcılıq Mərkəzinin direktoru Bəyəli Hacıyev gənclərin bu idman növünə marağının atmasını vurğulayaraq, ölkəmizdəki atıcılıq komplekslərinin imkanlarından bütün vətəndaşların yararlanması üçün şəraitin yaradıldığını qeyd edib. Bakı Atıcılıq Mərkəzinin fəaliyyəti barədə məlumat verən B.Hacıyev diqqətə çatdırıb ki, 2015-ci ildə istifadəyə verilən bu möhtəşəm kompleks I Avropa, IV İslam Həmrəyliyi oyunlarına, atıcılıq üzrə Dünya Kuboku mərhələsinə və Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.
Federasiyanın baş katibi Emin Cəfərov Dünya Kubokunun mərhələ yarışının Azərbaycanda keçirilməsi barədə qərarın avqustda Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin Vyanada təşkil olunan toplantısında qəbul edildiyini deyib. Qeyd edilib ki, ISSF hər il stend və güllə atıcılığının hər biri üzrə dörd Dünya Kuboku mərhələ yarışı keçirir. Bu Dünya Kuboku yarışlarından ikisi birlikdə, digər ikisi isə ayrı-ayrılıqda keçirilir. Ümumilikdə 15 şəhər 2020-ci ildə ISSF Dünya Kuboku yarışlarını keçirməyə can atıb. Dünya Kuboku yarışlarına ev sahibliyi hüququ belə yarışların təşkilində təcrübəsi olan və bütün beynəlxalq standartlara cavab verən komplekslərə malik ölkələrə verilir. Azərbaycanda beynəlxalq standartlara tam cavab verən iki atıcılıq kompleksinin olduğu və 2014-cü ildən etibarən ölkəmizdə mütəmadi keçirilən mötəbər turnirlərin yüksək səviyyədə təşkili nəzərə alınaraq, Dünya Kubokunun mərhələ yarışının Qəbələdə keçirilməsi qərara alınıb. Yarışın əsas təşkilatçısı kimi, Azərbaycan Atıcılıq Federasiyası təyin olunub. Bu, Tokio Olimpiadasından əvvəl keçiriləcək sonuncu Dünya Kuboku yarışı olacaq. İyunun 19-27-də təşkil ediləcək yarışda 70-dən çox ölkədən 600-dək idmançının iştirakı gözlənilir. Onların arasında tanınmış atıcılar, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri olacaq. Atletlər güllə atıcılığının on Olimpiya növündə mübarizə aparacaqlar.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

