Yelkənçi idmançıların “Federasiya Kuboku” uğrunda gərgin idman mübarizəsi uğurla başa çatıb
09.10.2018 [08:40]
Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən təşkil olunan “Federasiya Kuboku” yarışları üzrə iki gün ərzində “Laser” və “Optimist” siniflərinin yarışı keçirilib və “Windsurf sinfi”nin nümayişi olub. Yarışda, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Laser-standard” sinfi üzrə komandası da iştirak edib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, çətin hava şəraitində gərgin idman mübarizəsi aparan yelkənçilər yarışı uğurla başa vurublar. Yelkənçilərin mübarizəsi böyük maraq və diqqətlə izlənilib.
“Optimist” sinfi üzrə yarışda Yelkənli İdman Federasiyasının (YİF) üzvləri fərqləniblər. Belə ki, Ömər İsmayılov birinci, Səxavət Əzimov ikinci, Fidan Ağazadə isə üçüncü olub.
İsmayıl Kərimov, Cavid Kərimov və Murad Allahverdi “Laser 4.7” sinfi üzrə yarışlarda ilk üçlükdə qərarlaşıblar. Qalib idmançılar YİF-in yetirmələridir.
“Laser Standart” sinfi üzrə yarışlarda “Xəzər” yelkənli qayıqlar idman klubunun üzvləri mükafatçılar sırasında yer alıblar. Belə ki, Mixail Protasov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tofiq Abdullayev yarışı ikinci, Ruslan Əzizov isə üçüncü pillədə başa vurublar.
Yekunda yelkənçilər iştirak sertifikatları, təşəkkürnamə ilə təltif olunublar.
Daha sonra “Optimist”, “Laser 4.7”, Laser Standart” sinifləri üzrə yarışın qalibləri mükafatlandırılıblar.
Yarış idman əlaqələndiricisi, hakim Burcu Algon Giorgianni, “Optimist” sinfinin baş məşqçisi Seyhun Yıldız, “Laser 4.7” sinfinin baş məşqçisi Tuğçe Subaşı, “Laser standard” sinfinin baş məşqçisi Tatyana Srebnaya, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev tərəfindən idarə olunub.
Qeyd edək ki, aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Federasiyada hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Məqsədlərə çatmaq üçün Federasiya tərəfindən Avropanın qabaqcıl şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda, qısa müddətdə beynəlxalq səviyyəli məşqçilər Azərbaycana dəvət ediliblər. Bu addımların davamı olaraq mayın 31-dən iyunun 3-dək Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə təlim düşərgəsi təşkil olunub. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, 6 dünya və 4 Avropa çempionatının qalibi, 30 il məşqçi kimi fəaliyyət göstərən Dragan Qasiç Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilib.
Azərbaycanı hər zaman beynəlxalq yarışlarda uğurla təmsil edən federasiyanın yelkənçiləri Qazaxıstanın Aktau şəhərində keçirilən “Xəzər Kuboku Beynəlxalq Yelkən Yarışı”nda yüksək nəticələr göstərərək 1-4-cü yerlər üzrə kuboklara sahib olublar. Yarışda təqdim olunan bütün kuboklara sahib çıxan yelkənçilərimizin yarışlarda fədakar iştirakı beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanmışdı.
Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova isə Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından dördüncü yerdə qərarlaşaq yüksək nəticə göstərib.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24

