İrəvanda Azərbaycan bayrağı dalğalandı
12.09.2009 [09:37]
Dünən Ermənistanın paytaxtı İrəvanda cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, 3 gün davam edəcək qitə birinciliyində Azərbaycan yığması da mübarizə aparır. ölkəmizi yarışda 5 cüdoçu - İlqar Muşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) təmsil edir.
çempionatın püşkünə əsasən, Müşkiyev mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk görüşündə Viktor Qarsiya (İspaniya) ilə üz-üzə gəlıb. 2 dəqiqə 12 saniyə davam edən döyüşdə cüdoçumuz ipponla qələbə qazanıb. Müşkiyev 1/4 finalda Maksim Dufonla (Fransa) qarşılaşıb. Həmyerlimiz bu görüşü də uğurla başa vurub və yarımfinala yüksəlib. Müşkiyev bu mərhələdə Kosmin Lazareanı (Rumıniya) məğlub edib. O, finalda Viktor Açkinadze (Rusiya) ilə görüşüb. Görüş Açkinadzenin qələbəsi ilə başa çatıb. Bununla belə, cüdoçumuz Ermənistanda Azərbaycan bayrağını dalğalandırmağa müvəffəq olub. özü də üçrəngli bayrağımız məhz Ermənistan bayrağından yüksəkdə olub. çünki düşmən ölkə təmsilçisi Davit Mkrtçyan bürünc medalla kifayətlənib.
Digər bir təmsilçimiz - Rasim Əsədullayev 1/8 finalda Artyom Xarçenko (Ukrayna) ilə qarşılaşıb. O, rəqibinə ipponla qalib gələrək, növbəti mərhələyə yüksəlib. Əsədullayevin 1/4 finaldakı rəqibi Andreas Krassas (Kipr) olub. Cüdoçumuz bu dəfə qələbə qazanaraq, yarımfinala yüksəlib. Həmyerlimiz finala vəsiqə uğrunda qarşılaşmada Floren Urani (Fransa) ilə görüşüb. Qarşılaşmanı məğlubiyyətlə başa vuran Əsədullayev bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq. Cüdoçumuz Amedeo Akkorsini (İtaliya) yenməyi bacarsa, bürünc medal qazanacaq.
Fəqan Eminoğlu da yarımfinalda uduzub. Cüdoçumuz Evert Rupson (Estoniya) üzərində qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi isə Sedrik Bessi (Monako) olub. Həmyerlimiz 48-ci saniyədə ipponla qələbə qazanaraq, 1/4 finala yüksəlib. Yarımfinala vəsiqə uğrunda görüşdə isə Eminoğlu Solt Qoryanaçla (Macarıstan) görüşüb. Cüdoçumuz bu vəzifənin də öhdəsindən gəlməyi bacarıb. Eminoğlu finala da yüksəlmək üçün Artyom Bulıqanı (Ukrayna) yenməli idi. Lakin məğlub olan cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq. O, təsəlliverici görüşdə Ares Herrero (İspaniya) ilə qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulacaq Ramin Qurbanov 1/8 finalda keçirəcəyi ilk görüşündə Kreyq Stüartla (Böyük Britaniya) üz-üzə gələcək. Elmar Qasımov isə çempionatın sonuncu günündə 1/16 finalda Klement Delveltlə (Fransa) qarşılaşacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47

