Formula 1 Azərbaycan Qran-Prisinə akkreditasiya üçün 120-dən çox yerli jurnalist müraciət edib
10.03.2018 [00:56]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 27-29-da ölkəmizdə üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiya prosesini təşkil edib. Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən kurasiya olunur.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai akkreditasiya prosesi ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Formula 1 Azərbaycan Qran-Prisinə yerli mətbuat nümayəndələrinin akkreditasiya prosesinə fevralın 5-də yekun vurulub. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə neçə müraciət daxil olub?
- Cari ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına qeydiyyat prosesi artıq başa çatıb. Ümumilikdə 120-dən çox yerli media nümayəndəsinin - jurnalist, müxbir, fotoqraf və televiziya operatorlarının BŞH-nin Mətbuat Ofisinə akkreditasiya üçün müraciəti daxil olub. Bu müraciətlər BŞH Mətbuat Ofisi tərəfindən müvafiq olaraq jurnalist və fotoqraflar üçün Beynəlxalq Avtomobil Federasiyasına (FIA), televiziya operatorları və müxbirlər üçün isə Formula 1 Şirkətlər Qrupuna yönləndirilib. Hazırda bu müraciətlərə baxılır. Müraciətlərlə bağlı ilkin cavablar Azərbaycan Qran-Prisindən əvvəl təşkil ediləcək Çin Qran-Prisi başa çatdıqdan sonra FIA tərəfindən BŞH Mətbuat Ofisinə təqdim olunacaq. Başqa sözlə, aprelin 19-dan etibarən FIA-dan olan ilkin rəylər əldə ediləcək. Yarış həftəsi, daha dəqiq desək, aprelin 25-dən etibarən isə yekun cavab əsasında akkreditasiyadan uğurla keçmiş jurnalistlər Media Akkreditasiya Mərkəzinə yaxınlaşıb akkreditasiya kartını ala biləcəklər. Fevralın 5-dən sonra daxil olan müraciətlər qəbul edilməyib.
- Azərbaycanda təşkil olunan digər Qran-Prilərlə müqayisədə yeni ölkələrdən müraciətlər almısınızmı?
- BŞH Mətbuat Ofisi bir qayda olaraq, Formula 1 Azərbaycan Qran-Prisinə yalnız yerli media nümayəndələrinin akkreditasiyası ilə bağlı müraciətlərinin qeydiyyatını aparır, jurnalistlərin maariflənməsini təmin edir və prosesin uğurla başa çatması üçün lazımi işləri həyata keçirir. Əcnəbi jurnalistlərin akkreditasiya ilə bağlı müraciətləri BŞH Mətbuat Ofisi tərəfindən deyil, FIA veb-səhifəsi vasitəsilə bu qurum tərəfindən həyata keçirilir. Yarış həftəsinədək əcnəbi jurnalistlərin siyahısında hər hansı dəyişikliklə bağlı məlumatımız yoxdur. Lakin əlimizdə olan məlumata əsasən deyə bilərik ki, yerli müraciətçilər arasında çoxlu sayda yeni yaradılmış və izləyici sayı yüksək olan media qurumları mövcuddur.
- Mətbuatla iş üzrə yarış zamanı dəyişiklik və əlavələr nəzərdə tutulub?
- Əvvəlki illərdən fərqli olaraq Media Akkreditasiya Mərkəzi “Port Baku Mall”da yerləşəcək. Media üçün nəzərdə tutulan dayanacaq da bu zonada olacaq. Əlavə olaraq, konsert proqramlarının “Baku Crystal Hall”da təşkil olunacağını nəzərə alaraq, axşam saatlarında mətbuat nümayəndələri üçün yarışın start və ya finiş xəttinə yaxın nöqtədən həmin məkana nəqliyyatın təşkili nəzərdə tutulub.
- Mətbuat nümayəndələri üçün yarış ərəfəsində hər hansı maarifləndirici seminarın təşkili nəzərdə tutulub?
- Hər il olduğu kimi, akkreditasiyadan uğurla keçmiş jurnalistlər apreldə məlumat xarakterli seminara dəvət olunacaqlar. Bu seminarda media üçün nəzərdə tutulan infrastruktur, xidmətlər, təhlükəsizlik qaydaları və yarışla bağlı ən son dəyişikliklər jurnalistlərin diqqətinə çatdırılacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

