/ / Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdir
Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdir
07.12.2017 [09:49]
Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdir.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi münasibətilə dekabrın 6-da təşkil olunan mətbuat konfransında səsləndirilib.
Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov iştirak ediblər.
Bu ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə vurğulayıb ki, cari ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bundan başqa, iki idmançımız üçqat dünya çempionu adına sahib oldu. Həmçinin MOK-un yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd edildi. İlin sonunda isə ölkə idman tarixində daha bir əlamətdar hadisə baş verdi, Fərid Qayıbov UEG-nin prezidenti seçildi.
“Fərid Qayıbovun yeni vəzifəyə seçilməsi böyük məsuliyyətdir. İdmanda Avropa böyük önəm kəsb edir. Yay Olimpiya Oyunlarında qazanılan medalların 50 faizi avropalı idmançıların payına düşür. Bu qitədə federasiya prezidenti olmaq şərəfli və məsuliyyətli işdir. Əminəm ki, Fərid Qayıbov bu işin öhdəsindən layiqincə gələcək, gimnastikanın inkişafına öz töhfəsini verəcək. Bu, həm də Azərbaycan Gimnastika Federasiyasının uğurudur. Azərbaycan gimnastikası bugünkü inkişaf səviyyəsinə çatmasaydı, bu uğura nail ola bilməzdik. Bu münasibətlə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. F.Qayıbova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”, - deyə MOK-un vitse-prezidenti əlavə edib.
Çingiz Hüseynzadə ölkəmizdə gimnastikanın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Federasiyanın prezidenti xanım Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Mehriban Əliyeva ölkəmizdə idmanın inkişafına daim xüsusi diqqət yetirir. Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra gimnastika ölkəmizdə sürətlə inkişaf etməyə başladı. Həmin vaxtdan etibarən Azərbaycan idmanın bu növü üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib və etməkdədir.
AGF-nin vitse-prezidenti Altay Həsənov Fərid Qayıbovun UEG-nin prezidenti seçilməsinin Azərbaycanın ictimai həyatında böyük hadisə olduğunu vurğulayıb: “Bu, bizi çox sevindirdi və Federasiyamıza xeyli təbriklər daxil oldu. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva da Fərid Qayıbova yüksək diqqət göstərdilər. Ümumiyyətlə, Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində mühüm addımlar atıldı, uğurlar qazanıldı. Nailiyyətlərimiz çoxdur. Azərbaycan idman sahəsində də yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Avropa idman ictimaiyyəti Fərid Qayıbovu bu mühüm vəzifəyə seçməklə bunu bir daha sübut etdi. Fərid Qayıbov çox məsuliyyətli insandır. Onun gördüyü işlər hər zaman uğurla nəticələnir. O, UEG-nin baş katibi, vitse-prezidenti vəzifələrində çalışıb. Qərara aldıq ki, prezidentliyə də onun namizədliyini irəli sürək”.
Ölkəmizin 16 regionunda gimnastika bölmələrinin fəaliyyət göstərdiyini vurğulayan Altay Həsənov bildirib ki, güclü idmançının yetişdirilməsi üçün illər lazımdır. Bizim regionlarda istedadlı uşaqlarımız çoxdur. Yeni mövsümdə keçiriləcək yarışlarda gimnastika həvəskarları yeni adlar eşidəcək və onların çıxışlarının şahidi olacaqlar. Ölkəmiz gimnastika üzrə bir çox irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Əcnəbi idmançılar həmişə ölkəmizdən xoş təəssüratlarla ayrılıblar.
Yeni vəzifəyə seçilməsi ilə əlaqədar 2006-cı ildən tutduğu AGF-nin baş katibi vəzifəsindən ayrılmağa qərar verdiyini vurğulayan Fərid Qayıbov bildirib ki, baş katiblikdən azad olunması ilə bağlı federasiya rəhbərliyinə müraciət edib. Bu ay İcraiyyə Komitəsinin iclası keçiriləcək. Müraciətə orada baxılacaq.
“Əvvəlcə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm. Ölkəmizdə gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb. Milli Gimnastika Arenası dünyada tayı-bərabəri olmayan idman qurğusudur. Bu gün Bakı gimnastikanın paytaxtlarından biridir. Təkcə Avropa və qonşu ölkələrdən deyil, ABŞ-dan, Avstraliyadan da gimnastlar Bakıda təlim-məşq toplanışına gəlirlər. Çünki ölkəmizdə gimnastikanın inkişafı üçün hər cür şərait var. Buna görə də federasiyamızın prezidenti xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mehriban xanımın Federasiyaya rəhbərlik etdiyi 15 il ərzində böyük nailiyyətlər qazanmışıq. Mən bu komandanın üzvü kimi UGF-nin prezidenti seçilmişəm. Mənə düzgün istiqamət göstərdiyi üçün Federasiyanın vitse-prezidenti Altay Həsənova da təşəkkür edirəm. Bütün kollektivə, ailə üzvlərimə minnətdaram. Bakıya qayıdandan sonra sosial şəbəkələr vasitəsilə təbriklər almışam. Başa düşdüm ki, ölkəm üçün böyük işlər görmüşəm. Rəqibim olan sloveniyalı funksioner də çox layiqli namizəd idi. Onu qabaqladığım üçün sevincliyəm. Eyni zamanda, avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olmuşam”, - deyə Fərid Qayıbov xüsusi vurğulayıb.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə iki namizədin olduğunu diqqətə çatdıran Altay Həsənov qeyd edib: “Hələlik adlarını açıqlamağa tələsməyək. Fərid Qayıbov elə sistem yaradıb ki, özü bu vəzifəni tərk etsə də, iş davam edəcək. Sistemi kiminlə davam etdirməklə bağlı götür-qoy etməliyik”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, Fərid Qayıbov 2008-ci və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının Şurasının, 2013-cü ildə isə UEG-nin vitse-prezidenti seçilib və son dörd il ərzində həmin vəzifəni icra edib.
Bir il əvvəl Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclasında F.Qayıbovun UEG-nin prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsi haqda qərar qəbul olunub. Daha sonra işçi qrupu yaradılmış və bir il ərzində seçkiqabağı kampaniya aparılmışdı. Kampaniyanın uğurla aparılmasının nəticəsində dekabrın 2-də Xorvatiyanın Split şəhərində keçirilən UEG-nin 27-ci hesabat-seçki konqresində Fərid Qayıbov bu qurumun prezidenti seçilib.
Avropa ölkələrinin Azərbaycan təmsilçisinə etimad göstərməsi Azərbaycan Gimnastika Federasiyasının uğurlu fəaliyyətinin beynəlxalq gimnastika ictimaiyyəti tərəfindən bir daha tanınması və onun nümayəndəsinin UEG-ni idarə etməyə qadir olmasının sübutudur. Növbəti dörd il ərzində Fərid Qayıbov fəaliyyətinə 8 gimnastika növü daxil olan UEG-yə rəhbərlik etməklə yanaşı, Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

