“Bakı-2017”nin futbol yarışının yarımfinalçıları müəyyənləşib
16.05.2017 [09:00]
Azərbaycan milli komandası mübarizəni yarımfinalda davam etdirəcək
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib, yarımfinalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “A” qrupunda yer alan Azərbaycan millisi Mərakeş yığması ilə qarşılaşıb. “Bayıl Arena”da təşkil olunan görüşdə futbolçuların cəhdlərinə baxmayaraq, hesab açılmayıb və komandalar bir xalla kifayətləniblər.
“AZAL Arena”da isə Kamerun və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəliblər. Azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyunun 39-cu dəqiqəsində kamerunlu futbolçu Denis İvan Nkolo Ossinqane topu başla qapıya göndərib. Matçın 46-cı dəqiqəsində Səudiyyə Ərəbistanı millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Frantz Panqop Tçidcui dəqiq yerinə yetirib. Görüşün ilk hissəsi Kamerun yığmasının 2:0 hesablı üstünlüyü ilə bitib. Matçın 59-cu dəqiqəsində Kamerun millisinin üzvü Moueqni Baqnak oyunda sonuncu qolu rəqib qapısından keçirib. Beləliklə, görüş Kamerun futbolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“A” qrupunda hesabında 5 xal olan Kamerun, Azərbaycan və Mərakeş yığmaları qrupda ilk üç pillədə qərarlaşıblar. Səudiyyə Ərəbistanı yığmasının isə xalı yoxdur. Əlavə göstəricilərə görə, Kamerun və Azərbaycan yığması yarımfinala yüksəliblər.
“B” qrupunun oyunları çərçivəsində “AZAL Arena”da Oman millisi Əlcəzair yığması ilə qarşılaşıb. Moldovalı baş hakim Andrey Çebanın idarə etdiyi oyunun 40-cı dəqiqəsində Oman millisinin üzvü Muhsen Əl-Qassani hesabı açıb. Matçın 46-cı dəqiqəsində əlcəzairli Tayeb Mezaiani hesabı bərabərləşdirib. İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Bayıl Arena”da təşkil olunan digər oyunda isə Türkiyə və Fələstin yığmaları üz-üzə gəliblər. Görüşə fəal başlayan Fələstin millisi oyunun 23-cü dəqiqəsində Oday Dabbaq, dörd dəqiqə sonra Mohammed Maraaba və 33-cü dəqiqədə İslam Batranın qolları hesabda önə çıxıb. Görüşün 44-cü dəqiqəsində türkiyəli Can Hakki Aksu fərqlənib. Oyunun birinci hissəsi Fələstin yığmasının 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Matçın 63-cü dəqiqəsində Melih Okutan və 71-ci dəqiqəsində Taylan Antalyalı rəqib qapısına yol taparaq hesabı bərabərləşdiriblər. Qarşılaşmanın 81-ci dəqiqəsində Can Hakki Aksu dubl edərək Türkiyə millisinin 4:3 hesablı qələbəsini rəsmiləşdirib.
Hesabında 7 xal olan Əlcəzair millisi “B” qrupunun lideri kimi yarımfinala vəsiqə qazanıb. Oman yığması (5 xal) qrup ikincisi kimi mərhələ adlayıb. Türkiyə 3 xalla qrupda üçüncü, Fələstin isə 1 xalla sonuncu pillədə qərarlaşıblar.
Mayın 18-də keçiriləcək yarımfinal mərhələsində Azərbaycan-Əlcəzair və Oman-Kamerun görüşləri keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

