Azad Rəhimov: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tarixində silinməz iz qoyacaq
12.05.2017 [10:02]
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm hadisədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tarixində silinməz iz qoyacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 11-də Oyunlarla bağlı keçirilən mətbuat konfransında deyib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirən Azad Rəhimov növbəti 11 gün ərzində 50-dən çox ölkənin idmançılarının Azərbaycana gələrək yarışlarda medallar uğrunda mübarizə aparacaqlarını diqqətə çatdıraraq deyib: “Dünyanın dörd qitəsindən gələn idmançılar mübarizliyi, əzmkarlığı, böyük sevinci nümayiş etdirəcəklər. Əfsuslar olsun ki, bəzi ölkələr - Sudan, Liviya və Küveyt Oyunlarda iştirak etməyəcək”.
Üç minə yaxın idmançının Bakıda əsrarəngiz Oyunlarda iştirak edəcəyini söyləyən gənclər və idman naziri Azərbaycanın Oyunlara tam hazır olduğunu vurğulayıb: “Atletlər kəndi idmançıların bütün ehtiyaclarına tam cavab verir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 1,3 milyarddan çox tamaşaçı auditoriyasını əhatə edəcək. Oyunlar sülhü, mədəniyyəti, birliyi təbliğ edəcək”.
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar çıxış edərək ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də açılış mərasiminə mükəmməl hazırlaşdığını deyib. Yarışların keçiriləcəyi idman arenalarında yüksək şəraitin yaradıldığını vurğulayan Faysal Abdulaziz Əl-Nassar Oyunların xalqlar arasında həmrəylik əlaqələrini, dostluq münasibətlərini tərənnüm etdiyini bildirib.
Oyunların keçirilməsi üçün göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Faysal Abdulaziz Əl-Nassar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən yüksək səviyyəli işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə milli komandamızın bu mötəbər yarışlara hazırlığından danışaraq ölkəmizin Oyunlarda güclü heyətlə təmsil olunacağını bildirib. Təşkilati işlərin yüksək səviyyədə həll olunduğunu qeyd edən Çingiz Hüseynzadə deyib: “Azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi olacaqlar. Federasiyalar atletlər üçün hər cür şəraiti təmin ediblər. Bu, böyük uğurdur. Artıq Oyunların yarışları başlayıb. İlk nəticələr sevindiricidir”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

