“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 34 ölkədə yayımlanacaq
14.04.2017 [09:21]
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə bu mötəbər turnirin yayım hüququnu əldə edən 34 ölkənin müvafiq şirkətləri arasında razılıq əldə olunub.
Əməliyyat Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən, bütün yayım şirkətləri mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımlanması, Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram hazırlayacaqlar. Həmçinin həmin şirkətlərə Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 matçın canlı yayımlanması, Oyunlar haqqında iki saatlıq proqramlar zamanı eksklüziv yayımdan istifadə hüququna malik olacaqlar.
Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union “ASBU”) əldə edib. İyirmi iki ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.
“TV Media Sport” (TVMS) Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. TVMS 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavriki (MBC) və Burkina-Faso (RTB) qarşısında oyunlardan canlı yayımların və proqramların yayımlanması ilə bağlı öhdəlik götürüb.
“TV Media Sport” şirkətinin prezidenti Hedi Hamel razılıq barədə danışaraq deyib: “Beynəlxalq idman tədbirlərinin şaxələndirilməsi hər zaman “TV Media Sport” şirkətinin güclü fəaliyyət istiqamətlərindən biri olub və olmaqdadır. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları bu strategiyamızın mükəmməl təcəssümü olacaq”.
Bundan əlavə, “Bakı-2017” Türkiyənin aparıcı yayım televiziya kanalı olan TRT ilə müqavilə imzalayıb. Oyunların işıqlandırılması Surinamda və Qayanada IP vasitəsilə ATV və Milli Rabitə Şəbəkəsi tərəfindən yayımlanacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28

