Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Abşeronlu basketbolçular IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr edilmiş yarışın qalibi olublar

Abşeronlu basketbolçular IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr edilmiş yarışın qalibi olublar

12.04.2017 [09:36]

Xaçmazda IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş 3x3 basketbolu üzrə yarışların qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, aprelin 11-də Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 12-14 yaşlı oğlanlar medallar uğrunda mübarizə aparıb. Turnirə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı və Qobustanı təmsil edən 10 komanda qatılıb.
Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların əsas məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışların final oyununda Abşeron və Xaçmaz basketbolçuları üz-üzə gəlib. Abşeronlu idmançılar həlledici görüşdə qalib gələrək qızıl medalları qazanıb. Xaçmaz komandası ikinci, Sumqayıt basketbolçuları isə üçüncü yerə layiq görülüb.
Basketbol üzrə növbəti zona yarışı aprelin 17-18-də İsmayıllıda keçiriləcək.

Paylaş:
Baxılıb: 1174 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30