AzVİF-in vitse-prezidenti Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü seçilib
07.03.2017 [11:19]
Belçikanın paytaxtı Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası öz işini başa vurub. Quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər də keçirilib. Seçkilərdən öncə qurumun son 4 ildəki fəaliyyəti haqda məruzə ilə çıxış edən Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien şose velosipedinin elit kateqoriyasında qitə çempionatının təşkilinə başlanılmasını ən vacib addımlardan biri kimi dəyərləndirib. O, Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.
D.Lappartienin Assambleya üzvlərinin dəstəyini alaraq növbəti 4 il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilməsindən sonra əsas diqqətlər UEC-nin Rəhbər Komitəsinin üzvlərinin müəyyənləşməsinə yönəlib. Rəhbər Komitəyə seçilmək üçün 12 nəfərin namizədliyi irəli sürülüb ki, onların arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da var idi.
Səsvermənin nəticələrinə əsasən Rəhbər Komitəyə 12 namizəd arasından seçilən 6 nəfərdən biri də AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov olub. Azərbaycanda son illər ərzində dövlət qayğısı hesabına velosiped idman növünün inkişafı istiqamətində atılan addımlar, nüfuzlu “Tour d’Azerbaidjan” veloyürüşünün təşkili, 2018-ci ildə ölkəmizin BMX velosiped növü üzrə dünya çempionatına ev sahibliyi edəcəyi, “Synergy Baku” komandasının 2016-cı ili dünyanın 176 kontinental klubu arasında reytinq sıralanmasında 4-cü yerdə başa vurması bu seçimdə önəmli rol oynayıb.
Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.
Baş Assambleya zamanı AzVİF-in baş katibi Fərhad Əliyevə də etimad göstərilib. O, 50 ölkəni təmsil edən 26 namizəd arasından seçilmiş 15 nəfər sırasına düşməklə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bu ilin sentyabrında keçiriləcək konqresinə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi qatılmaqla prezident və Rəhbər Komitənin səsvermə prosesində qurumu təmsil edəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

