/ / Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası binasının əsaslı təmirdən sonra açılışı olub
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası binasının əsaslı təmirdən sonra açılışı olub
24.06.2016 [09:59]
İyunun 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binasının əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Akademiyanın rektoru Fuad Hacıyev və tədris müəssisəsinin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini anıblar. Sonra iştirakçılar binada yaradılmış şərait, habelə Akademiyada aparılmış islahatlarla tanış olublar.
Məlumat verilib ki, Akademiyada yeni tədris laboratoriyaları və elektron kitabxananın əsaslı təmiri və yenidən qurulması, tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və müvafiq kafedraların yaradılması nəzərdə tutulub. Bütün bunlar Gənclər və İdman, Təhsil nazirliklərinin, Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Tədris prosesinin daha səmərəli təşkili üçün maddi-texniki bazanın gücləndirilməsi sahəsində genişmiqyaslı iş görülüb. Təmir və yenidənqurma işləri ümumilikdə üç min kvadratmetrdən çox sahəni əhatə edib. Təhsil ocağında elektron kitabxana və kitab fondu, inzibati otaqlar, kafedralar, tələbə mərkəzi, müasir kafe, tədris auditoriyaları və s. yenidən qurulub. Binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində təmir və yenidənqurma işləri artıq başa çatıb.
Akademiyanın binasında tədris üçün hər cür şərait yaradılıb, kommunikasiya xətləri, inventar yenilənib. Gənclər və İdman Nazirliyi tərəfindən təhsil ocağına 160 kompyuter hədiyyə edilib. Auditoriyalarda 8 proyektor, o cümlədən təqdimatların edilməsi üçün lazımi avadanlıq, interaktiv tədrisin təşkili üçün 18 monitor qoyulub.
Binaya əsas giriş və foye müasir dizaynda işlənib, fasad yeni mərmərlə üzlənib. Foyedə dünyanın ən müasir işıq və səs sistemlərindən istifadə edilib. Akademiyanın foyesində xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü qoyulub, şəhid idmançıların fotoşəkillərindən ibarət xatirə stendi yaradılıb.
Birinci mərtəbədə Ümummilli lider Heydər Əliyevin adını daşıyan interaktiv muzey, tam funksional müasir elektron kitabxana, yeni oxu zalları, tələbə mərkəzi, görüş və təlim otaqları müəllim və tələbələrin istifadəsinə verilib. Burada, həmçinin müasir dizaynı və funksionallığı ilə seçilən konfrans zalı yaradılıb. Konfrans zalında elmi şuranın iclasları, konfrans və görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədris ocağının tibb məntəqəsi də təmir edilib və müvafiq avadanlıqla tam təmin olunub. Tələbə yeməkxanasında hər cür şərait yaradılıb.
Qeyd olunub ki, yenidənqurma işləri çərçivəsində Akademiya tarixində ilk dəfə yanğın təhlükəsizliyi sistemi və bütün ərazidə videoçəkiliş tətbiq edilib. Akademiyanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıq salınıb.
Məlumat verilib ki, tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından və internetdən geniş istifadəni təmin etmək üçün 2016-cı ilin yanvarından Akademiyada mövcud tədris bazasının əsaslı təmirinə başlanılıb. Təmirin ilkin mərhələsi yeni tədris ilinin əvvəlinə kimi başa çatdırılacaq. Akademiyanın müəllim və tələbə heyətinin elmi potensialının artırılması və innovativ fəaliyyətinin stimullaşdırılması məqsədilə müasir təhsilin tələblərinə cavab verən elm-tədris laboratoriyasının yaradılması və onun müasir avadanlıqla təmin olunması üzrə danışıqlar aparılır. Bununla yanaşı, bədən tərbiyəsi və idman sahəsində ixtisasartırma kursları və müxtəlif sertifikat proqramlarının keçirilməsi məqsədilə təlim-tədris mərkəzinin yaradılması da nəzərdə tutulub. Həmçinin idman zalları, üzgüçülük hovuzu və tədris kafedrasının əsaslı təmiri, onların müvafiq mebel və avadanlıqla təmin olunması üçün müvafiq federasiyalarla müzakirələr aparılır. Gələcəkdə Akademiyanın üçüncü və dördüncü mərtəbələrinin əsaslı təmiri və müasir avadanlıqla təmin edilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

