Formula-1 Avropa Qran-prisinin birinci günü maraqlı məqamlarla yadda qalıb
18.06.2016 [11:14]
İyunun 17-də Formula-1 Avropa Qran-prisinə start verilib.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə əvvəlcə hər biri iki pilotdan ibarət 11 komanda birinci test yürüşünə qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel ilə Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo və Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq ilə Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak ediblər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Esteban Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyublar.
Pilotlar öz bolidləri ilə 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Yürüş zamanı “Haas” komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb. Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. O, dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib. “Red Bull Racing”in pilotu Daniil Kvayt da eyni aqibətlə üzləşib.
Trekin 15-ci döngəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyərək qəza törədib. Nəticədə onun bolidi yararsız hala düşüb. Lakin D.Rikkardo heç bir xəsarət almayıb.
İlk test yürüşündə “Mercedes”in sürücüsü Luis Hamilton birinci olub. L.Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 46 saniyə təşkil edib. Onun komanda yoldaşı Niko Rosberq isə qalibdən 0,377 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb. Ilk üçlüyü Valtteri Bottas (Williams) tamamlayıb (1 dəqiqə 47,096 saniyə). Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso isə yürüşü dördüncü pillədə başa vurub.
Saat 17:00-da Formula-1 Avropa Qran-prisinin ikinci test yürüşünə start verilib. “Mercedes”in pilotu Luis Hamilton birinci test yarışında olduğu kimi, bu dəfə də bütün rəqiblərini geridə qoyub. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 44,233 saniyə olub. İkinci yeri isə L.Hamiltonun komanda yoldaşı Niko Rosberq tutub. O, Hamiltondan 0,69 saniyə geri qalıb. Üçüncü yerin sahibi isə “Force İndia” komandasının pilotu Serxio Peres olub.
İyunun 18-də saat 14:00-da Formula-1 üzrə üçüncü test yürüşü, saat 17:00-da isə növbəti gün üçün pilotların düzülüşünü müəyyən edəcək yarış start götürəcək. İyunun 19-da isə Formula-1 azarkeşləri Avropa Qran-prisində qalib adı uğrunda gərgin və həyəcan dolu mübarizənin şahidi olacaqlar.
Qeyd edək ki, Avropa Qran-prisinin ikinci test yürüşündə saatda 351 kilometr sürət qeydə alınıb. “Torro Rosso”nun pilotu Karlos Sayns bu sürət göstəricisi ilə yarışın ilk gününün rekordçusu olub. Formula-1 Avropa Qran-pri yarışlarında maksimim sürət saatda 340 kilometr nəzərdə tutulur.
Yarışın ilk günündə, həmçinin Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyası üzrə 12-ci mövsümün növbəti mərhələsi də başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülər üçün Formula-1-də debüt baxımından son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.
Yarışın nəticələrinə əsasən, “Racing Engineering” komandasının fransalı pilotu Norman Nato test yürüşündə birinci olub. “Prema Racing”in sürücüsü italiyalı Antonio Covinatsi ikinci, “Art Grand Prix”in rusiyalı pilotu Sergey Sirotkin isə üçüncü yeri tutublar.
Daha sonra GP2 seriyası üzrə sıralama yürüşü keçirilib. Yürüşün nəticələrinə əsasən, bu seriya üzrə iyunun 18-də keçiriləcək birinci yarışın start xəttində pilotların düzülüşü müəyyənləşib. Sabahkı yürüşdə pilotlar öz bolidləri ilə aşağıdakı qaydada düzüləcəklər: Antonio Covinatsi (Prema Racing), Nobuxara Matsişuta (ART Grand Prix), Sergey Sirotkin (ART Grand Prix), Rafael Marçello (Russian Time), Luka Qyotto (Trident), Olivyer Roulend (MP Motorsport), Marvin Kirkqover (Karlin), Pyer Qasli (Prema Racing), Norman Nato (Racing Engineering), Serxio Kanamasas (Karlin), Cordan Kinq (Racing Engineering), Artyom Markelov (Russian Time), Aleks Linn (DAMS), Nikolya Latifi (DAMS), Mitç Evans (Pertamina Campos Racing), Artur Pik (Rapax), Daniel de Yonq (MP Motorsport), Cimmi Eriksson (Arden International), Qustav Malya (Rapax), Şon Gelael (Pertamina Campos Racing), Nabil Jefri (Arden International) və Filo Pas Armand (“Trident”).
GP2 seriyası üzrə birinci yarış iyunun 18-də saat 12:00-da, ikinci yarış isə ertəsi gün saat 14:00-da başlayacaq.
Formula-1 Avropa Qran-prisinin birinci gününə maraqlı əyləncə proqramı ilə yekun vurulub. Axşam saatlarında məşhur amerikalı müğənni Kris Braun “Formula-1 Şəhərciyi”ndə möhtəşəm konsert proqramı ilə azarkeşlərini sevindirib. Amerikalı müğənni, bəstəkar və rəqqas minlərlə Formula-1 azarkeşinin qarşısında özünün “Yeah 3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edib.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10

