Bakıda “Formula-1”: hünərin varsa, ötüb keç!
31.03.2016 [11:12]
Almaniya, İspaniya, Böyük Britaniya - bu ölkələri birləşdirən nədir? Onların hamısı müxtəlif illərdə “Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının mərhələlərindən birinə - Avropa Qran-prisinə ev sahibliyi edib. İndi Azərbaycan da bu siyahıya qoşulub. Bu o deməkdir ki, növbəti 5 ildə bu həyəcan dolu yarışlar ölkəmizdə keçiriləcək. Deməli, biz bu mühüm tədbirin ən yüksək səviyyədə təşkilini nümayiş etdirmək şansı qazanmışıq, Azərbaycan paytaxtının çoxsaylı qonaqları isə bizim qonaqpərvər şəhərlə tanış olmaq üçün yaxşı bir fürsət əldə edəcəklər. Bütün dünyada televiziya ekranları qarşısında əyləşən milyonlarla azarkeş də Bakının tarixi mərkəzinin gözəlliklərini qiymətləndirə biləcəklər. Müasir dövrün ən sürətli şəhər trasını hazırlayanlar bunun da qeydinə qalıblar. Bir sözlə, iyun ayında bizi dünya səviyyəli yürüşlərin adi startı deyil, “Formula-1” yarışlarının yeni - Bakı mərhələsinin başlanğıcı gözləyir. Şəhərimizin də adı bu əfsanəvi yarışın tarixinə qızıl hərflərlə yazılacaq.
Sürət həvəsi və ya Bakı virajları
2016-cı il “Formula-1” yarışlarının hər mənada möhtəşəm olacağı gözlənilir. Avropa Qran-prisinin təmsilçisi, ikiqat dünya çempionu avtoyürüşçü Fernando Alonso bu yaxınlarda Bakıda səfərdə olub. Onun sözlərinə görə, qarşıdakı yarışda iki mühüm amil - pilotların öz məharətlərini göstərməsi üçün çox maraqlı tras və baxımlı televiziya translyasiyası çox uğurlu şəkildə əlaqələndiriləcək. Beləliklə, hamı razı qalacaq - avtoyürüşçülər də, tribunalardakı azarkeşlər də, televiziya tamaşaçıları da. Gələcək avtoyürüşün favoritlərindən biri vurğulayıb: “Mənim fikrimcə, dünyanın ən sürətli şəhər trasında “Formula-1” avtomobilləri saatda 300 kilometrdən artıq sürətlə şütüyəndə tamaşaçılar razı qalacaqlar. Burada bizi müxtəlif amillərin ideal şəkildə birləşməsi gözləyir - sürətli döngələr, rəqibləri ötüb keçmək üçün imkanlar. Adətən şəhər traslarında bütün bunlar üçün imkan olmur, çünki bir qayda olaraq bu traslar ensiz olur, orada ötüşmək üçün məkan məhduddur. Bakıda isə hər şey başqa cür olacaq”.
Yarışın təşkilatçılarının səylərini xüsusi qeyd etmək lazımdır. Onlar can-dildən çalışıblar. 6 kilometrlik trasda mürəkkəblik dərəcələri müxtəlif olan 20 döngə var. Bu tras Bakının lap mərkəzindən, o cümlədən İçərişəhərin dövrəsindən keçir, sanki hamını yaşı iki min ildən çox olan bu şəhərin tarixinə maraqlı səyahətə dəvət edir.
Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı - Bakının bu və bir sıra başqa ünvanları digər “Formula-1” traslarından fərqlənən yürüş marşrutunun tərkib hissələridir. Neftçilər prospektinin müəyyən hissəsində maşınlar müxtəlif istiqamətlərə hərəkət edəcək: 6-cı döngədən 7-ci döngəyə qədər bir istiqamətdə, 19-cu döngədən 20-ci döngəyə qədər əks istiqamətdə. Xüsusi beton arakəsmə hərəkətin təhlükəsizliyini təmin edəcək.
Trasın bir tərəfində Bakının rəmzi-qala divarları fonunda XII əsrdə inşa edilmiş “Qız qalası”, digər tərəfdə Bulvar boyunca Xəzərin lacivərd suları - pilotları və yarışların tamaşaçılarını belə bir panoram gözləyir. Təşkilatçılar inandırırlar ki, qala divarları və şəhərin köhnə hissəsinə açılan qədim darvazalar fonunda döngədən şütüyüb çıxan maşınları görəndə tamaşaçılar hədsiz həyəcanlanacaq, bu səhnənin televiziyada yayılan mənzərəsi isə sadəcə fantastik təsir bağışlayacaq.
Xəzər sahilində ultramüasir şəhər
Yarışlar keçirilən dövrdə Bakının siması dəyişəcək. Sahil küçəsində və İçərişəhərin yaxınlığında əyləncə zonaları, o cümlədən “F1 Village” zonası yaradılacaq, həmin məkanlarda qurulacaq səhnələrdə dünya ulduzları çıxış edəcək.
Yarışlar arasında fasilələrdə bizim gözəl şəhərimizlə, onun görməli yerləri və mədəniyyəti ilə tanış olmaq üçün hökmən vaxt ayırın. Qədimliklə müasirliyin ecazkar şəkildə qovuşduğu Azərbaycan paytaxtı turistləri maqnit kimi cəzb edir. Dövrəsinə qala çəkilmiş köhnə şəhər - İçərişəhər Bakının qonaqlarının xüsusi maraq obyekti olacaq. Açıq səma altında yerləşən bu muzey, buradakı məşhur Qız qalası UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qalanın memarlıq siması bənzərsizliyi ilə fərqlənir. Burada orta əsr memarlığının 44 abidəsi, o cümlədən XV əsrdə Şirvan hökmdarlarının iqamətgahı olmuş nadir Şirvanşahlar Saray kompleksi yerləşir. Şəhərdən kənara çıxmağa da vaxt tapın. Bakıdan 30 kilometr aralıda, Suraxanı qəsəbəsində Zərdüştilik dövrünün abidəsi - atəşpərəstlərin “Atəşgah” məbədi yerləşir. Bir qədər uzaqda, Bakının 60 kilometrliyindəki Qobustan qəsəbəsində isə dünya mədəniyyətinin ən nadir abidəsi - bəşər sivilizasiyasının ilk məskənlərindən biri yerləşir. Burada insanların və heyvanların təsvir edildiyi 4 min qayaüstü rəsm aşkarlanıb. Qobustan tarixi-bədii qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Paytaxtın müasir siması da qonaqlar üçün çox maraqlı olacaq. Bakının yeni rəmzləri arasında möhtəşəm “Flame Towers” (“Alov qüllələri”) kompleksi, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Crystal Hall” idman-əyləncə kompleksi, Heydər Əliyev Mərkəzi və digər obyektlər xüsusi qeyd edilməyə layiqdir. Dənizkənarı park və ya sadəcə Bulvar şəhər sakinlərinin və paytaxtın qonaqlarının sevimli gəzinti yeridir. Bakıda çoxsaylı ticarət-əyləncə mərkəzləri, butiklər, kinoteatrlar, konsert və sərgi meydançaları, muzeylər, restoranlar, məşhur dünya brendlərinin otelləri və əlbəttə, günəşli şəhər çimərlikləri fəaliyyət göstərir. Bütün bunlar sizin xidmətinizdədir.
Əgər siz sürəti və əla istirahəti xoşlayırsınızsa, Bakını hökmən sevəcəksiniz!
Emil Eyyubov
məxsusi olaraq AZƏRTAC üçün
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

