Azərbaycan atletləri idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dörd medal qazanıblar
23.02.2016 [09:34]
Fevralın 21-də Azərbaycanda ilk dəfə təşkil olunan idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Dünya Kuboku yarışlarında 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparıb.
Yarışlar 2015-ci ildə ilk Avropa Oyunları zamanı gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilib.
Kişilər arasında sərbəst hərəkətlər üzrə yarışların final mərhələsində Yaponiya gimnastı, üçqat dünya çempionu Kenzo Şirai 16.150 xalla Dünya Kuboku yarışlarının qızıl medalını qazanıb. Sloveniyalı Rok Klavora 14.800 xalla gümüş, İsrail təmsilçisi Aleksandr Şatilov isə 14.550 xalla bürünc medala sahib olub. Azərbaycan gimnastı Petro Paxnyuk sərbəst hərəkət yarışlarını 13.550 xalla altıncı pillədə başa vurub.
Kişilərin gimnastika atı yarışlarında yaponiyalı Tomomasa Haseqava 15.400 xalla qızıl medala layiq görülüb. Belçika gimnastı Maksim Gentges 14.700 xalla ikinci, iranlı Seyid Reza Keixa isə 14.450 xalla üçüncü pillədə qərarlaşıblar.
Qadınların dayaqla tullanma yarışlarında isə Olimpiya, Dünya və Avropa çempionu, özbəkistanlı atlet Oksana Çusovitina 14.825 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sloveniyalı Tjasa Kisselef 14.075 xalla gümüş, Avstriya təmsilçisi Liza Eker isə 13.775 xalla bürünc medala sahib olublar. Azərbaycan gimnastı Mariya Smirnova yarışları səkkizinci pillədə başa vurub.
Kişi gimnastların halqa ilə yarışlarında Azərbaycan atleti Oleq Stepko 14.700 xalla bürünc medal qazanıb. Türkiyəli İbrahim Çolak (15.450 xal) birinci, yaponiyalı Kazuma Kaya (14.800 xal) isə ikinci yeri tutublar.
Qadınlar arasında müxtəlif hündürlüklü qollarda yarışda Almaniya təmsilçisi Lina Filip 14.400 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Braziliyalı gimnastlar Daniele Matias və Flavia Lopes müvafiq olaraq ikinci və üçüncü sırada qərarlaşıblar. Azərbaycan gimnastı Yuliya İnşina 10.450 xalla səkkizinci olub.
Kişilərin dayaqla tullanma yarışlarında Azərbaycan gimnastı Oleq Stepko 14.650 xalla gümüş medala sahib olub. Yaponiyalı gimnast Kenzo Şirai 14.975 xalla yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bürünc medalı isə türkiyəli Ahmet Öndər (14.400 xal) qazanıb.
Qadınların gimnastik tiri yarışlarında Braziliya təmsilçisi Flavia Lopes 14.800 xalla Dünya Kuboku yarışlarının qalibi adını qazanıb. İsveçli Emma Larsson 13.650 xalla yarışı ikinci, Avstriya idmançısı Eliza Hammerle isə 13.350 xalla üçüncü pillədə başa vurub. Azərbaycan atleti Marina Nekrasova isə 13.050 xalla dördüncü olub.
Kişilərin paralel qollarda yarışlarında Azərbaycan idmançısı Oleq Stepko 15.550 xalla qızıl medala sahib olub. Türkiyə təmsilçisi Ferhat Arıcan 15.350 xalla gümüş, yaponiyalı Kazuma Kaya 15.250 xalla bürünc medala layiq görülüblər.
Qadınların sərbəst hərəkətlər yarışlarında Braziliya təmsilçisi Flavia Lopes 13.850 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçli Emma Larsson 13.400 xalla ikinci, Azərbaycan gimnastı Marina Nekrasova isə 13.200 xalla üçüncü pillədə qərarlaşıb.
Kişilərin turnikdə yarışlarında yaponiyalı Tomomasa Haseqava 14.800 xalla Dünya Kuboku yarışlarının qalibi adını qazanıb. Türkiyəli Ahmet Öndər (14.600 xal) ikinci, Xorvatiya təmsilçisi Tin Srbiç (14.500 xal) üçüncü pillədə yer alıblar.
Yarışlarda mükafatlar təntənəli mərasimlə təqdim olunub.
Sonda Azərbaycan Gimnastika Federasiyasının “AGF Trophy” mükafatı yaponiyalı Kenzo Şirai və özbəkistanlı Oksana Çusovitinaya verilib.
Tamaşaçıların yarışlardan daha çox zövq almaları üçün kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:47
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17

