/ / Çarlz Hendri: Hansı ölkə növbəti Avropa Oyunlarının keçirilməsinə cəhd edərsə, üzərinə çox çətin vəzifə götürməli olacaq
Çarlz Hendri: Hansı ölkə növbəti Avropa Oyunlarının keçirilməsinə cəhd edərsə, üzərinə çox çətin vəzifə götürməli olacaq
10.07.2015 [10:02]
Böyük Britaniyanın “Diplomat” jurnalının iyul-avqust buraxılışında bu ölkənin keçmiş enerji naziri, Baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendrinin “Bakı-2015” Avropa Oyunları” adlı məqaləsi dərc edilib.
Müəllif yazır: “Baş nazirin ticarət nümayəndəsi vəzifəsində çalışdığım zaman mənim Cənubi Qafqaz və Mərkəzi Asiyaya bir çox səfərlərim olub. Səfərlərimin əsas məqsədi daha çox peşə fəaliyyətimlə əlaqədar idi, xüsusilə Azərbaycana etdiyim səfərlər”.
Çarlz Hendri xatırladır ki, 2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsi ilk Avropa Oyunlarının keçirilməsini Azərbaycana həvalə etdi. Beləliklə, adətən 5 ildən 7 ilə qədər vaxt tələb edən layihənin həyata keçirilməsi üçün cəmi iki il yarım vaxt qaldı. Təşkilatçıların bunun öhdəsindən çox qısa müddətdə uğurla gələ bilməsində, heç şübhəsiz, Britaniya təcrübəsindən səmərəli faydalanmanın mühüm rolu var.
Müəllif qeyd edir ki, “Bakı-2015” yarışları üçün Azərbaycana gələn qonaqlar “London keb” adlanan əfsanəvi taksilər vasitəsilə tez bir zamanda Oyunların keçirildiyi arenalara və ya otellərə çatdırılırdılar. Bakının küçələrində yüzlərlə bu cür taksi işləyir.
Qonaqlar təşkilində Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri Saymon Kleqin də xidmətləri olan açılış mərasimindən və Oyunlardan, şübhəsiz ki, təsirləndilər. S.Kleq “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru seçilməmişdən əvvəl London-2012 Yay Olimpiya Oyunlarının uğurla keçirilməsinə rəhbərlik edən şəxs olub.
Ç.Hendri yazır: “Son iki il yarım ərzində mən Avropa Oyunlarına hazırlıq işlərinin şəxsən şahidi oldum. Şəhərdə həyata keçirilən inşaat proqramı misli görünməyən bir proqram idi və bu prosesə 20 min şirkət cəlb olunmuşdu. Ümumilikdə isə burada 18 yarış arenası var. Buraya yeni tikilmiş Gimnastika Mərkəzi, BMX, üzgüçülük və atıcılıq üçün nəzərdə tutulmuş idman qurğuları, bundan əlavə 68 min tamaşaçı tutumu olan, atletika idman növləri, həmçinin açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan stadion daxildir.
Əlli ölkədən gəlmiş 6 mindən artıq idmançı 20 idman növü üzrə medallar uğrunda yarışıb. Onlardan 16 idman növü üzrə “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsindən keçmək imkanı təmin edilib. İdmançılar tam yeni inşa edilmiş Atletlər Kəndində yerləşdirilmişdi. Onların ərzaqları və yeməkləri ən yaxşı qida mütəxəssisləri tərəfindən təyin edilirdi.
Biz açılış mərasimində digər 68 min tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığını, rəngarəngliyini və ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Göstərilən tamaşada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəng “nar” və onun içindən çıxan “dənələri” əks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü rəsmləri və Con Lennonun “Imagine” mahnısını ifa edən Ledi Qaqa var idi.
Son olaraq məşəli cüdo üzrə ikiqat Paralimpiya Oyunları çempionu, Ermənistanla müharibə zamanı yaralanaraq görmə qabiliyyətini itirmiş İlham Zəkiyev daşıdı”.
Məqalədə diqqətə çatdırılır ki, açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib: “Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Həmçinin burada Serbiya və Kosovo komandaları, eləcə də azərbaycanlı və erməni idmançılar birlikdə yarışırlar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü də bundadır - tarixindən, inancından və ya milliyyətindən asılı olmayaraq bütün insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir və bəlkə də yalnız idmanın edə biləcəyi bir şey”.
T.Bax çıxışına belə davam edib: “Həqiqətən çox əzəmətli olan açılış mərasimi tarix, simvolizm və mədəniyyət elementləri ilə dolu idi. Bu mərasimin və ümumilikdə Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi təşkilatçıların qısa müddət ərzində gördüyü möhtəşəm işi əks etdirirdi. Bu, böyük nailiyyətdir”.
Sonda Ç.Hendri bildirir: “Təbii ki, bizim hamımızın Qərb mətbuatının tənqidləri barədə məlumatımız var. Lakin qeyd etməliyəm ki, getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığının şahidi oldum, söhbət etdiyim bütün insanlardan xoş münasibət gördüm. Mən çox xoşbəxtəm ki, Britaniya təcrübəsi bu uğura öz töhfəsini verib. Azərbaycan beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır. Növbəti Avropa Oyunlarının keçirilməsinə hansı ölkə cəhd edərsə, o, öz üzərinə çox çətin bir vəzifə götürməli olacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54

