Birinci Avropa Oyunları Azərbaycan idmançılarının parlaq qələbələri ilə yadda qaldı
08.07.2015 [09:50]
Ayxan Tağızadə: Arzum Azərbaycanın üçrəngli bayrağını Olimpin zirvəsinə ucaltmaqdır
... İlk Avropa Oyunları artıq tarixin yaddaşına qovuşsa da, Azərbaycan xalqı, eləcə də, bu yarışlarda parlaq qələbələr əldə etmiş idmançılarımız hələ də Oyunların təsiri altındadırlar. Elə birinci Avropa Oyunlarında bütün rəqiblərini üstələyərək millimizin aktivinə növbəti qızıl medalı yazmış Ayxan Tağızadə də əməkdaşımızla söhbətində o tarixi anları hələ uzun müddət xatırlayacağını bildirib.
- Ayxan, hələ çox gəncsən, cəmi 19 yaşın var. Amma, deyəsən, artıq kifayət qədər beynəlxalq təcrübən var. Bakıda keçirilən ilk Avropa Oyunlarını necə dəyərləndirirsən?
- Ötən ay Bakıda keçirilən birinci Avropa Oyunları ölkəmizin, onun mədəniyyətinin, musiqimizin, milli adət-ənənələrimizin, eləcə də, Azərbaycan idmanının dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Şükürlər olsun ki, idmançılarımız da onlara göstərilən etimadı doğrultdular, Oyunlarda parlaq qələbə qazandılar, Azərbaycan komanda hesabında medalların sayına görə Rusiyadan sonra ikinci oldu. Bu, həm də Azərbaycanın idman tarixində bir parlaq səhifə oldu. Oyunların açılış və bağlanış mərasimini xüsusi olaraq qeyd etmək istəyirəm. Bu, biz idmançılar üçün sanki bir nağıllar aləmi idi ki, hələ də o təəssüratları yaşayırıq. Sanki ofsunlanmışıq kimi, hələ də özümü milli komandanın tərkibində möhtəşəm Bakı Olimpiya Stadionunda fəxri parad keçidində addımlayırmış kimi hiss edirəm. O xoşbəxt anları hələ, yəqin ki, uzun müddət yaşayacağıq. Bu anları bizə bəxş etdikləri üçün Prezident İlham Əliyevə, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya, eləcə də, bu işdə əməyi keçən bütün insanlara dərin minnətdarlığımı bildirirəm.
O ki qaldı yaşıma və beynəlxalq təcrübəmə, bəli, stajlı idmançı hesab oluna bilərəm (gülür). İndiyədək dəfələrlə respublika çempionu olmuşam. Bundan əlavə, bir sıra beynəlxalq yarışların iştirakçısıyam. 2013-cü ildə Portuqaliyada keçirilən gənclər arasında Avropa çempionatında gümüş medala layiq görülmüşəm. Böyüklər arasında taekvando yarışlarında da nəticələrim var. Türkiyədə, Ukraynada keçirilən beynəlxalq yarışların iştirakçısıyam. Bu ilin əvvəlində keçirilən “Qatar open” turnirinin gümüş mükafatçısıyam. Eləcə də, ilk Avropa Oyunlarından əvvəl Rusiyanın Çelyabinsk şəhərində keçirilən Dünya çempionatında iştirak etmişəm. Doğrudur, orada 4-cü görüşdə məğlub olaraq medallar uğrunda mübarizəni dayandırdım və beşinci oldum. Amma sevinirəm ki, məni medallar uğrunda mübarizədən kənarlaşdıran həmin o rus idmançını, - hansı ki, dünya reytinq sıralamasında hazırda birinci yerdədir, - Bakıda məğlub edə bildim və finala yüksəldim.
- Bəs taekvandoya necə gəldin? Bu idman növünə həvəsi səndə kim oyatdı?
- Atam Əvəz Tağıyev. O həm də mənim ilk məşqçimdir və hazırda parataekvandonun baş məşqçisidir. Ümumiyyətlə, biz idmançı ailəsiyik. Mən ailənin sonbeşiyiyəm. Böyük qardaşım və bacım da taekvandoçudurlar. Doğrudur, hazırda bacım yarışlarda iştirak etmir, qardaşım isə idman karyerasını başa vurub, hazırda Naxçıvan şəhərində məşqçi kimi fəaliyyət göstərir. Düzü, uşaqlıqda futbola böyük həvəsim var idi. Lakin atam məni israrla məşqlərinə aparırdı və artıq 6 yaşımda qara kəmər sahibi idim. Beləliklə yavaş-yavaş meylimi saldım taekvandoya. Sonra respublika çempionatları, gənclər arasında beynəlxalq yarışlar başladı, nəticələrim oldu və beləliklə də, bu idmandan ayrıla bilmədim. Yasamal rayonundakı 158 saylı məktəbi bitirmişəm. Hazırda Bakı İdman Akademiyasında ikinci kurs tələbəsiyəm.
- Bayaq rusiyalı rəqibindən danışdın. Bəs birinci Avropa Oyunlarında qələbə qazanacağına əmin idin?
- Biz bu yarışlara çox ciddi hazırlaşırdıq. Düz 6 ay gördüyünüz bu hoteldə - Taekvando Federasiyasında yaşadıq, məşqlərimiz buradakı idman zalında keçirdi. Həftədə yalnız bazar günü bizə evə getməyə icazə verirdilər. Gündə 2, bəzən isə 3 dəfə məşqlər edirdik. Təbii ki, bunun bir nəticəsi də olmalı idi. Bayaq qeyd etdiyim kimi, sonuncu Dünya çempionatında məğlub olmuşdum. Elə ondan əvvəlki yarışlarda da çoxlu səhvlərim olmuşdu. Artıq səhv limitim dolmuşdu. Odur ki, qarşıma məqsəd qoymuşdum ki, birinci Avropa Oyunlarında mütləq qələbə qazanıb tarixə düşməliyəm. Məqsədim finala çıxmaq idi. Və buna da nail oldum. Finaladək 3 görüş keçirdim. Sloveniyalı, daha sonra isə ikiqat Avropa və Olimpiya çempionu olan ispaniyalı idmançını məğlub etdim. Üçüncü görüşüm həmin o Çelyabinskdə məğlub olduğum rus idmançısı ilə oldu. Xatırladım ki, rusiyalı idmançı mənim döyüşdüyüm 68 kq çəki dərəcəsində dünya reytinq cədvəlində birinci yerdədir. Odur ki, bu döyüşə qələbə əzmi ilə çıxmışdım. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva da zalda idilər. Bu sanki mənə əlavə stimul verdi və mən 7-5 hesabı ilə qələbə qazanaraq finala çıxdım. Finalda rəqibim polşalı idmançı idi. Qarşılaşma çox gərgin keçdi. İlk iki raundda xal hesabında 1-3 geridə idim. Lakin 3-cü raundda məşqçilərin taktiki gedişlərini düzgün yerinə yetirərək hesabı bərabərləşdirdim - 9-9. İndi hər şeyi 4-cü raundda 1 qızıl xal həll edəcəkdi və xoşbəxtlikdən mən qalib gələrək çempion oldum.
- Hər bir əsgərin arzusu general olmaq olduğu kimi, yəqin ki, bu da sənin son arzun deyil?
- Əlbəttə. İndi arzum və məqsədim Olimpiya çempionu olmaq, Azərbaycanın üçrəngli bayrağını Olimpin zirvəsinə ucaltmaqdır. Odur ki, məşqlərimi davam etdirirəm. Bildiyiniz kimi, Yay Olimpiya Oyunlarında taekvandoçular dünya reytinq cədvəlinə uyğun olaraq iştirak edirlər. Hazırda reytinq cədvəlində iyirminci sıradayam. Oyunlara düşmək üçün ən azı 150 reytinq xalım olmalıdır. Son 1 ildə iştirak etdiyim turnirlərdən 60 xal yığmışdım. “Bakı-2015”dəki çempionluğum aktivimə daha 40 bal artırdı - indi 100 xal toplaya bilmişəm. İlin sonunadək daha 50 xal yığmalıyam. Bu müddətdə bir neçə beynəlxalq turnir, Qran-pri yarışları olacaq. İyulun 19-da Cənubi Koreyaya yollanırıq. Burada 20 xallıq beynəlxalq turnir keçiriləcək. İnşallah, ilin sonunadək çalışacağam ki, bu xalları toplaya bilim. Doğrudur, Olimpiadaya vəsiqə qazanmaq hələ medal qazanmaq demək deyil, amma, bununla belə, qarşıma qoyduğum məqsədə doğru inamla gedəcəm. Yeri gəlmişkən, xatırladım ki, dünya reytinq sıralamasında ən güclü taekvandoçular Avropa qitəsini təmsil edirlər. Bunlar Rusiya, Belçika, İspaniya idmançılarıdır. Doğrudur, dünya sıralamasında 3-cü yer Asiya qitəsinə - İrana məxsusdur. Bundan başqa, Koreyada da bir neçə güclü idmançı var. Avropalı rəqiblərimin güclərinə bələdəm, həm də “Bakı-2015” çərçivəsində onlarla təkrar görüşmüşəm, qalib gəlmişəm. Düşünürəm ki, Bakıda olduğu kimi, uzaq Braziliyada da qələbə qazanıb, dövlətimin bayrağını yüksəltməyi, himnimizi səsləndirməyi bacaracağam.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

