“Bakı-2015”: Dünyanın gözü Azərbaycandadır
23.06.2015 [09:36]
Uzun müddətdən bəri gözlədiyimiz və hazırlaşdığımız birinci Avropa Oyunları artıq sona yaxınlaşır. Bu müddət ərzində bütün dünyanın diqqəti Oyunların keçirildiyi Azərbaycana yönəlib, bütün nüfuzlu KİV-lər Oyunlar haqqında xəbərlərə yer ayırır, yarışlar Avropanın əksər ölkələrində canlı yayımlanır.
AZƏRTAC xəbər verir ki, xarici KİV-lər informasiyalarında açılış mərasiminin möhtəşəmliyini qeyd etməklə yanaşı, Oyunları “böyük idman bayramı” adlandırırlar.
Xatırladaq ki, sırf Avropa ölkələrinin iştirak etdiyi Oyunlar ilk dəfə keçirilsə də, Asiya və Amerika ölkələrini əhatə edən oyunlar hələ 1951-ci ildən etibarən hər dörd ildən bir keçirilir. İlk Avropa Oyunlarının Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda keçirilməsi Oyunlara olan marağı daha da artırıb. Bu multi-idman tədbiri barədə xarici KİV-lərdə dünyanın müxtəlif ölkələrinin nüfuzu idman ustalarının, ictimai və siyasi xadimlərinin, yarışlarda qalib gələn idmançıların fikirlərinə geniş yer verilir, birinci Avropa Oyunlarının timsalında idmanın birləşdirici qüvvəsi vurğulanır.
İtaliyanın “Goal” saytı, “Corriere della Sera” qəzeti, “Opinione Pubblica” xəbər portalı bütün Oyunlar boyu yarışları işıqlandıraraq idmançılar, ölkəmizdə idmanın inkişafı və digər məqamlar barədə məlumat veriblər. İtaliya mətbuatı Bakının ev sahibliyinə toxunaraq şəhərimizi “idmanın gələcək paytaxtı” adlandırıb. Bu ölkənin başqa bir portalında - “Avvenire” xəbər saytında verilən məqalədə isə Xəzərin sahilində yerləşən Azərbaycanın bu cür önəmli idman tədbirinə ev sahibliyi etmək iqtidarında olduğu vurğulanır. İtaliyanın “East journal” onlayn jurnalı Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyini təhlil edərək vurğulayıb ki, bu ölkə tədbiri layiqincə və gözləntiləri doğruldacaq dərəcədə təşkil edə biləcək önəmli namizəd idi və tədbirin yüksək səviyyədə təşkil olunması Azərbaycanın gələcəkdə Olimpiya Oyunlarına da uğurla ev sahibliyi etmək iqtidarında olduğunu göstərir.
“BBC” ilk Avropa Oyunları ilə bağlı məqaləsində Böyük Britaniyanın bu qitə yarışlarında 160 idmançı ilə təmsil olunduğunu xüsusi vurğulayıb və qeyd edib ki, bu, 2008-ci il Pekin Olimpiadasından sonra Böyük Britaniyanın göndərdiyi ən geniş heyətli komandadır. Bu faktın özü Britaniyanın Avropa Oyunlarına verdiyi önəmin əsas göstəricisidir.
“Euronews” telekanalının Oyunlarla bağlı hazırladığı reportajda yarışlarda iştirak edən idmançıların fikirlərinə geniş yer verilib.
Monteneqronun “Vijesti” qəzetinin saytında da “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinin əhəmiyyətindən bəhs edən yazı yerləşdirilib. Yazıda vurğulanır ki, “Bakı-2015” çoxlu sayda idmançını bir araya gətirməklə Olimpiya Oyunları səviyyəsində yarışları xatırladır. İlk Avropa Oyunları bir çox idmançılara gələcək karyeralarında daha böyük uğurlar əldə etmək üçün tramplin rolu oynayır. Köhnə qitənin atletləri bu yarışlar vasitəsilə böyük Olimpiya təcrübəsi qazanırlar.
Rusiyanın “Vestnik Kavkaza” portalı mütəmadi olaraq birinci Avropa Oyunlarının gedişi, ölkəmizin yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi barədə informasiyalar hazırlamaqla bu ölkənin nüfuzlu idman xadimlərinin müsahibələrinə yer ayırıb. SSRİ-nin Əməkdar idman məşqçisi, batut gimnastikası üzrə Rusiya komandasının baş məşqçisi Oleq Zaporojçenko ilə müsahibədə Oyunların Avropa xalqlarını və müxtəlif mədəniyyətləri birləşdirdiyi qeyd edilir, “Bakı-2015”lə bağlı yüksək fikirləri diqqətə çatdırılır. Rusiyanın “championat.com” idman portalında yerləşdirilən “Bakıda Avropa Oyunları: Olimpiada burada olacaq” sərlövhəli məqalədə Bakının bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanır və 2024-cü ildə Olimpiya Oyunlarının da burada keçirilməsi şansının böyük olduğu bildirilir. Yazıda deyilir: “Belə görünür ki, məhz Bakı 2024-cü və ya 2028-ci ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə əsas favoritlərdən biridir. Buradakı yarışlara və yaşayış komplekslərinə baxsaq, belə təsəvvür yaranır ki, biz böyük bir Olimpiya paytaxtındayıq - əgər 2024-cü ildə olmasa, 2028-ci ildə mütləq”.
“Associated Press” agentliyinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı “Azərbaycan Avropa Oyunlarının uğurunu bəyan edir” sərlövhəli məqaləsində gənclər və idman naziri Azad Rəhimova istinadən “reallıq bütün gözləntiləri doğruldub” deyə yazılır. Məqalədə, həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə istinadən Azərbaycanın Olimpiya Oyunlarını təşkil edə biləcək hazırlıq səviyyəsində olması vurğulanır.
Dünya mətbuatında birinci Avropa Oyunlarının yarışlarında çəkilmiş fotolardan ibarət fotosessiyalara da geniş yer verilib. Dünyanın ən böyük fotoportalı “Gettyimages”in saytında yarışların açılış mərasimindən və gündəlik oyunlardan çəkilmiş fotolar yerləşdirilib.
Bənzər fotosessiya ABŞ-ın “The Atlantics” və “The Washington Post” qəzetlərinin və Avropanın yeddi ölkəsinin peşəkar fotoqraflarını birləşdirən Avropa Pressfoto Agentliyinin saytında, Almaniyanın “Deutsche Welle” portalında, Rusiyanın TASS Agentliyinin “Okna TASS” fotoinformasiya tablolarında yer alır.
Beləliklə, xarici KİV-lərə nəzər salsaq, birinci Avropa Oyunlarının ümidləri doğrultduğunu, hətta gözləniləndən daha uğurlu olduğunu deyə bilərik. Belə bir əhəmiyyətli tədbirə ev sahibliyi etməklə Azərbaycan dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi və beynəlxalq birliyə sübut etdi ki, gənc müstəqil ölkə olmasına baxmayaraq, qitəmiqyaslı multi-idman tədbirinin öhdəsindən layiqincə gəlir. Azərbaycanın uğurlarından məyus olanlara isə sadəcə, kənardan baxmaq qaldı.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

