Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Pənah Əlizadə: Bakıda keçiriləcək ilk Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq

Pənah Əlizadə: Bakıda keçiriləcək ilk Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq

27.05.2015 [09:31]

“Bakıda keçiriləcək ilk Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq”. Bunu qəzetimizə Azərbaycan Atçılıq Federasiyasının Konkur növü üzrə idmançısı Pənah Əlizadə deyib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarına məhz Azərbaycanın ev sahibliyi etməsi Avropa Olimpiya Komitəsinin Azərbaycanın inkişafı və idman infrastrukturu haqqında yüksək fikirdə olmasından xəbər verir: “Bu, bizə göstərilən etimadın nəticəsi idi”.
Pənah Əlizadə, həmçinin, Bakıda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarının idmançılarda böyük ruh yüksəkliyi yaratdığını, eyni zamanda, gələcəkdə ölkə gəncləri arasında idmana marağın daha da artmasına da səbəb olacağını bildirib: “Bu Oyunların məhz Bakıda keçirilməsi biz idmançılara stimul verir. Ölkə başçısı İlham Əliyev “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini yandırdı. Görün nə qədər qürurverici bir səhnə idi. Mən idmançılarımızın bu Oyunlarda parlaq qələbələrə imza atacağına inanıram. Hər zamankı kimi, bu dəfə də qələbə bizimlə olacaq”.
Vüsalə

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30