“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Zərdabda möhtəşəm bayram sevinci ilə qarşılanıb
13.05.2015 [10:19]
Qədim Atəşgah məbədində alovlandırılan birinci Avropa Oyunlarının məşəli Naxçıvandan başlayaraq respublikamızın bir çox rayonlarından keçməklə mayın 12-də Zərdaba gətirilib.
AZƏRTAC xəbər verir ki, Ana Kürün sahilində yerləşən Zərdab şəhərinin Bayraq meydanında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Minlərlə zərdablının sevinc dolu sürəkli alqışları və gül-çiçək yağışı altında rayonun fəal gənclərindən olan Bəxtiyar Nurəliyev Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Beləliklə məşəlçilərin yürüşü başlanıb. On məşəlçi yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Azərbaycan, Ramiz Kərimov küçələrindən keçməklə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev-muzeyinə, sonra isə Qələbə meydanına gəliblər. Məşəlçilər burada gəmiyə minərək Kür çayında gəzintiyə çıxıblar. Avropa Oyunlarının məşəli daha sonra şəhərin Zərdabi küçəsi, Dədə Qorqud meydanı və Heydər Əliyev prospektindən keçməklə Heydər Əliyev parkına gətirilib.
Parkda yürüşçülər hərarətli alqışlarla qarşılanıblar. Şəhərdə 3,5 kilometr məsafə qət edən idmançılar səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıblar.
Karatenin VKC növü üzrə dünya və iki qat Avropa çempionu, idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sonuncu kurs tələbəsi Nərmin Camalzadənin yandırdığı ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı Zərdab sakinlərinə və qonaqlara ikiqat bayram sevinci yaşadıb.
İlk Avropa Oyunlarının məşəli Zərdabdan Tərtərə yola salınıb.
Rayonun 82 yaşlı sakini, “Şərəf nişanı” ordenli, Zərdab rayon Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Hüseyn Həsənov “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin Zərdaba gətirilməsindən duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Birinci Avropa Oyunları kimi möhtəşəm beynəlxalq idman yarışının Vətənimizdə keçirilməsindən fərəh duyuram. Bu, hər şeydən əvvəl Azərbaycanın beynəlxalq nüfuzundan, bu cür möhtəşəm tədbirlərə ev sahibliyi edə biləcək qədər qüdrətli olmasından irəli gəlir. Müasir Azərbaycanın qısa zamanda belə böyük uğurlara nail olması sanki bir möcüzədir. Bu nailiyyətlər, əlbəttə, Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin, Onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyinin bəhrəsidir. Çox xoşbəxtik ki, Zərdab rayonu da bu gün ilk Avropa Oyunlarının məşəlini qarşılamaqla öz tarixinə daha bir parlaq səhifə yazdı. Zərdab rayonu çox təntənələrə şahidlik edib. Amma bugünkü mərasimin rayonumuzun tarixində xüsusi yeri var”.
Rayon sakini, ziyalı Elçin Şirinov isə sevincini belə ifadə edib: “İlk Avropa Oyunlarının məşəlinin neçə-neçə bölgədən keçərək Həsən bəy Zərdabinin yurduna gətirilməsini, bununla əlaqədar keçirilən təntənəli mərasimi heç vaxt unutmayacağam. Bu, əsl bayram, rayonumuzun tarixində unudulmaz, möhtəşəm bir gündür. Belə bir təntənəli mərasimin iştirakçısı olmaqdan qürur duyuram. Əlbəttə, şübhə yoxdur ki, ölkəmiz hələ bundan sonra da bu kimi bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edəcək”.
Xəbər lenti
Hamısına baxElm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27

