Sabirabadda Alov Festivalı
07.05.2015 [10:24]
Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da günün ikinci yarısında Sabirabada gətirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin girişində məşəli minlərlə sakin böyük sevinclə qarşılayıb.
Pankration Federasiyasının prezidenti, peşəkar idmançı Azad Əsgərov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
3,9 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti ilə hərəkət edərək birinci Avropa Oyunlarının alovunu Heydər Əliyev meydanına gətiriblər.
Pəhləvan Amid Babayev Heydər Əliyev meydanında qurulmuş səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.
Sonra məktəbli Nərgiz Əsgərova Avropa Oyunlarının rəmzi çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verib.
Məşəli qarşılayanlar arasında rayonun Dəngən kənd tam orta məktəbinin müəllimi Əbülfət Məmmədov da vardı. O, Avropa Oyunlarının məşəlini şagirdləri ilə birgə qarşılamasından duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Məşəl estafetini sabirabadlılar böyük sevinclə qarşılayırlar. Mənə elə gəlir ki, bu gün tarixi hadisə kimi məktəblilərin yaddaşında həmişə xatırlanacaq. Onların üzündəki sevinc həqiqətən də görülməyə dəyər. Ümumiyyətcə, həmyerlilərimə Avropa Oyunlarının məşəlini layiqincə qarşıladıqlarına görə minnətdaram. Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. O ki qaldı yarışlara, idmançılarımızın hər birinə uğurlar arzulayıram. Əminəm ki, azərbaycanlı idmançılar bu yarışlarda da öz sözlərini deyəcəklər”.
Ə.Məmmədov diqqətə çatdırıb ki, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, respublikamızın beynəlxalq aləmdə tanınmasına, mədəniyyətimizin dünyada təbliğinə töhfə verəcək.
Rayon sakini Eldar Əmənov da sevincini paylaşaraq deyib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əlamətdar hadisədir: “Bu münasibətlə azərbaycanlı idmansevərləri təbrik edir, idmançılarımıza qələbələr arzulayıram”.
Söhbətə qoşulan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şükufə Əsgərova ürək sözlərini belə ifadə edib: “Azərbaycan artıq beynəlxalq tədbirlərin ünvanına çevrilib. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu mənada təsadüfi deyil. Bu, ilk növbədə, sürətli sosial-iqtisadi inkişaf, ölkəmizdə əmin-amanlıq, möhkəm ictimai-siyasi sabitliklə sıx bağlıdır. Artıq bu mötəbər idman tədbirinin məşəli ölkəni gəzir, o cümlədən məşəl bizim rayonumuza da səyahət etdi. Hələ də o anların təsiri altındayam. Bütün idmançılara uğurlar arzulayıram. Ancaq bizim idmançılardan daha böyük nəticələr gözləyirəm”.
Birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimindən sonra Sabirabadda möhtəşəm Alov festivalı keçirilib.
Mərasimdə rayonun musiqi kollektivlərinin, respublikanın tanınmış incəsənət ustalarının çıxışları meydana toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Səhnədə nümayiş etdirilən Alov şousu festival iştirakçılarında xoş ovqat yaradıb.
Festivalda aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

