Üzgüçülük üzrə rusiyalı dördqat Olimpiya çempionu “Bakı 2015”in baş ofisində olub
01.07.2014 [09:45]
Dördqat Olimpiya çempionu Vladimir Salnikov iyunun 30-da “Bakı 2015” Avropa Oyunlarının baş ofisində olub və direktorlar ilə görüşüb.
“Bakı 2015”dən AzərTAc-a bildiriblər ki, qonağa ilk Avropa Oyunları ilə əlaqədar gedən hazırlıq işlərində əldə olunan irəliləyişlər barədə yeni məlumat təqdim edilib. Rusiya Üzgüçülük Federasiyasının sədri, Rusiya Olimpiya Komitəsinin və FİNA Büronun İcraiyyə Komitəsinin üzvü, eyni zamanda, dördqat Olimpiya çempionu V.Salnikov Milli Gimnastika Arenası, “Baku Crystal Hall” və hazırda inşa edilən Bakı Akvatika Mərkəzi ilə tanış olub. O, həmçinin gələn ilin yayında keçiriləcək yarışlar müddətində 9 mindən çox idmançıya və rəsmilərə ev sahibliyi edəcək yeni tikilmiş “Bakı 2015 Atletlər Kəndi”ni də ziyarət edib.
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod deyib ki, mən dünyanın ən güclü üzgüçülərindən birini “Bakı 2015” Avropa Oyunlarının baş ofisində salamlamaqdan və ona möhtəşəm idman obyektlərimizdən bəzilərini göstərməkdən məmnunam. V.Salnikov çoxsaylı idman növləri üzrə əsas yarışların keçirilməsinin nə qədər çətin olduğunu və komitədə çalışan və yarışlara cəlb edilən hər kəsin unudulmaz Oyunların hazırlanmasına öz diqqətini yönəltdiyini bilir.
V.Salnikov deyib ki, “Bakı 2015” Avropa Oyunlarının keçiriləcəyi obyektlərlə baş çəkmək və ilk Avropa Oyunlarını keçirmək istiqamətində nail olunan təsiredici irəliləyişlərin şahidi olmaq çox xoşdur. Öz ölkəsində keçirilən Oyunlarda yarışmaq hər bir idmançı üçün böyük ruh yüksəkliyidir və mən əminəm ki, hər bir azərbaycanlı rəqib bu idman obyektlərində yarışmaqdan zövq alacaq və uğur qazanmağa çalışacaq.
V.Salnikov 1980-ci ildə Moskva şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında 400 metr, 1500 metr və 4x200 metr məsafədə sərbəst üsul üzrə üzmədə qızıl medallar qazanıb. O, 1500 metr məsafəyə sərbəst üsulla üzərək bu məsafəyə 15 dəqiqədən az müddətdə üzən ilk idmançı olub və bununla yeni dünya və Olimpiya rekordlarına imza atıb. O, həmçinin 1988-ci il Seul Yay Olimpiya Oyunlarında 1500 metr məsafədə sərbəst üsul ilə üzmə yarışında qızıl medal qazanıb.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.
“Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, üçü isə qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq.
İdmanın doqquz növü 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53

