Azərbaycanlı karateçi Əli Cəfərovun daha bir uğuru
21.05.2014 [09:09]
O, “Caspian Cup” beynəlxalq turnirində keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq üç qızıl medal qazanıb
Məlum olduğu kimi, mayın 16-17-də Bakıda karate üzrə beynəlxalq “Caspian Cup” turniri keçirilib. Yarışda Azərbaycan komanda hesabında birinci yeri tutub. Komandamızın tərkibində çempion olan Əli Cəfərov qəzetimizə müsahibəsində turnirin nəticələrini şərh edib. Xatırladaq ki, turnirdə Türkiyə, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və digər ölkələrdən idmançılar iştirak ediblər. Komandamızın şərəfini qoruyan 24 yaşlı Əli Cəfərov turniri üç qızıl medalla başa vurub. O, əvvəlcə “84 kq. +” çəki dərəcəsində tatamiyə çıxıb. Bütün rəqiblərini məğlub edən idmançımız daha sonra bütün çəki dərəcələri üzrə qalib olmuş iştirakçılar arasında ən yaxşını müəyyən etmək üçün keçirilən yarışda gücünü sınayıb. Əli Cəfərov çempionların yarışını da qalib kimi tamamlayıb. Turnirin sonuncu yarışında da Ə.Cəfərov qızıl medala sevinib. Komandamızın tərkibində çıxış etdiyi bütün görüşləri qələbə ilə başa vuran Azərbaycan idmançısı yığmamıza daha bir qızıl medal qazandırıb.
Var gücümüzlə çalışmalıyıq ki, xalqımızın, dövlətimizin etimadını doğruldaq
Beləliklə, Əli Cəfərov turnirdə karateçilərimizin əldə etdikləri uğurları yüksək qiymətləndirib. O, deyib ki, yüksək səviyyəli hazırlıq burada özünü göstərib: “Əvvəla, mən komandamızın bütün üzvlərinin yüksək nəticəsini qeyd etmək istərdim. Bildiyimiz kimi, ölkəmizdə idmanın inkişafı üçün yüksək şərait yaradılıb. Möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Azərbaycan dövlətinin əsas prioritetlərindən biri gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, sağlam böyüdülməsidir. Dövlətimiz bunun üçün çoxsaylı proqramlar həyata keçirir, idman kompleksləri inşa etdirir, idmançılara böyük diqqət ayırır, beynəlxalq yarışlarda qələbə qazanan idmançıların sosial təminatının gücləndirilməsi üçün müvafiq addımlar atılır. Bunlar isə öz müsbət nəticəsini verməkdədir. İdmançılarımızın beynəlxalq yarışlarda qələbələr qazanması, onların şərəfinə Azərbaycanın dövlət himninin səsləndirilməsi, bayrağımızın yüksəldilməsi bu gün bütün idmançıları ruhlandırır. Əlbəttə ki, ölkəsinin idman şərəfini qorumaq, bayrağını ucaltmaq, beynəlxalq idman arenalarında dövlətinin himnini səsləndirmək hər bir idmançı üçün həm böyük məsuliyyət, həm də böyük fəxrdir. Biz idmançılar bütün yarışlara məhz bu motivasiya ilə hazırlaşırıq. Dövlət əlindən gələni edir, federasiyamız lazımi şəraiti yaradır, biz də üzərimizə düşən məsuliyyəti dərk edib, var gücümüzlə çalışmalıyıq ki, xalqımızın, dövlətimizin etimadını doğruldaq”.
9 döyüş, 9 qələbə
“Caspian Cup” turnirində fərdi nailiyyətlərinə gəlincə Ə.Cəfərov əldə etdiyi nəticələrdən razı qaldığını söyləyib: “Əlbəttə ki, heç bir qələbə asan əldə olunmur. Bir yarışda qalib gəlmək üçün aylarla hazırlaşırsan. “Caspian Cup” turnirinə də yaxşı hazırlaşmışdıq. Paytaxtımızda keçirilən bu yarışı qalib başa vurmaq qarşımıza məqsəd qoyulmuşdu. Komandamızın hər bir üzvü də məhz bu məqsəd üçün mübarizə apardı. Şükürlər olsun ki, kifayət qədər səviyyəli idmançıların iştirak etdikləri yarışda qızıl medalları qazanaraq vəzifəmizin öhdəsindən layiqincə gəldik. Mən turnirdə keçirdiyim həm fərdi, həm də komanda hesabına 9 görüşün hamısını qələbə ilə başa vuraraq 3 qızıl medal qazandım. Yığma komandamızın da yarışı birinci tamamlaması bizi daha da çox sevindirdi”.
Hədəf 2015-ci ildə keçiriləcək Avropa Oyunlarıdır
Bu günə qədər iki dəfə dünya çempionu və beş dəfə Avropa çempionu titulunu qazanan, bir dəfə Dünya çempionatının bürünc, bir dəfə isə Avropa çempionatının gümüş medallarını boynuna asan idmançımız “Caspian Cup” turnirində əldə etdiyi üç qızıl medalın sevincini yaşamaqla bərabər, artıq qarşıdakı yarışlara hazırlığa start verib. O, deyir ki, hazırda karate üzrə milli komandamızın üzvlərinin, o cümlədən, ölkəmizin bütün idmançılarının ən böyük hədəfi gələn il Bakıda keçiriləcək Avropa oyunlarıdır: “İlk dəfə məhz Azərbaycanda keçiriləcək bu yarışa çox böyük məsuliyyətlə hazırlaşırıq. Hamımızın məqsədi dünya idman tarixində mühüm bir yer tutacaq ilk Avropa Oyunlarında qızıl medal qazanaraq xalqımızı sevindirməkdir. Bütün dünyanın diqqəti bu yarışa yönələcək. İnanıram ki, həm dövlətimiz bu Avropa oyunlarını yüksək səviyyədə təşkil edəcək, həm də idmançılarımız uğurlu nəticələr qazanacaqlar. Çünki bunun üçün hər cür şərait var”.
Sonda Ə.Cəfərov bütün nailiyyətlərin əldə olunmasında əməyi olan hər kəsə, o cümlədən, müəllimləri Eldəniz Qəmbərov, Qurban Tağıyev və Anar Allahverdiyevə minnətdarlığını bildirib.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

