Baş katib: 2025-ci il Azərbaycan qış idmanı üçün ilklərlə yadda qaldı
23.12.2025 [22:19]
Bizim üçün 2025-ci ilin ümumilikdə çox uğurlu keçdiyini düşünürəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova 2025-ci ilin yekunlarını dəyərləndirərkən deyib.
Federasiya rəsmisi bu il beynəlxalq yarışların təşkilatçılığı baxımından bir çox ilklərə imza atdıqlarını bildirib: “İlk dəfə ölkəmizdə xizək alpinizmi üzrə Dünya Kuboku keçirildi. Bu, böyük, beynəlxalq idman ictimaiyyətinin diqqətini çəkən yarış oldu. Ardınca 2026-cı ildə Avropa çempionatının, 2027-ci ildə isə dünya çempionatının Azərbaycanda təşkili ilə bağlı rəsmi təsdiqlər aldıq. Həmçinin ilk dəfə fiqurlu konkisürmə üzrə Qran-Pri təşkil olundu. Bu turnirdə Beynəlxalq Konkisürmə Birliyinin (ISU) prezidenti Co Yul Kim də iştirak etdi ki, bu da ölkəmiz üçün böyük əhəmiyyət daşıyır”.
Baş katib il ərzində idmançıların da yüksək nəticələrlə yadda qaldıqlarını söyləyib: “Nəbiyulla Qələbəqiyev xizək alpinizmi üzrə Dünya Kubokunda iki dəfə 7-ci yeri tutdu. Bu, cəmi iki illik məşq təcrübəsi olan idmançı üçün əla nəticədir. Yeniyetmə fiqurlu konkisürənimiz Arina Kaluqina isə Olimpiya rekordunu yenilədi. Digər gənc idmançımız Nərgiz Süleymanova “Bosfor Kuboku” yarışında qızıl medal qazandı və Avropa çempionatına vəsiqə əldə etdi. Fiqurlu konkisürən Vladimir Litvintsev və Anastasiya Papatoma isə Olimpiya oyunlarına lisenziya qazanaraq bizə böyük qürur yaşatdılar”.
G. Bədəlovanın sözlərinə görə, gələn il üçün əsas məqsəd milli komandanın tərkibini genişləndirmək, idmançıların beynəlxalq arenada daha uğurla çıxış etməsini təmin etməkdir: “Yanvarın 8-dən 11-nə qədər Azərbaycanda dağ xizəyi üzrə beynəlxalq turnir keçiriləcək. Martda isə bizi daha böyük tədbirlər gözləyir. Martın 4–8-də Avropa çempionatı, 6–8-də Dünya Kuboku, 14-15-də isə “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyik. Hazırda bu tədbirlərə ciddi hazırlıq işləri aparılır və inanıram ki, gələn il də ölkəmiz üçün idman baxımından uğurlu olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

