Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib
24.06.2025 [08:23]
Milli Olimpiya Komitəsində (MOK) 23 iyun - Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə MOK-un illər ərzində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub. Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Olimpiya Gününün 1948-ci ildən etibarən hər il qeyd olunduğunu diqqətə çatdırıb. O, bu bayramla əlaqədar ölkəmizdə müxtəlif tədbirlərin keçirildiyini bildirib. MOK rəsmisi Azərbaycan gənclərinin idmana böyük maraq bəslədiyini və bunun davamlı olacağına inandığını söyləyib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə tədbirin məktəblilərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Azərbaycanın dünyanın idman mərkəzi hesab edildiyini qeyd edib. F.Qurbanov şagirdlər arasında idmanın təbliğatı üçün layihələr həyata keçirdiklərini və gələcəkdə də bununla bağlı planların olduğunu vurğulayıb. Nazirlik rəsmisi MOK-un təşəbbüsü ilə start verilən və ölkədə geniş vüsət alan Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) layihəsi çərçivəsində tədbirlərin uğurla gerçəkləşdiyini söyləyib.
Həmçinin bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Dövlətimizin başçısı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb. İdmançılarımız 30 il ərzində 8 Yay və 6 Qış Olimpiya Oyunlarında iştirak edib, ümumilikdə 9 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb.
Sonra Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) üzrə təşkil edilmiş təlimlərin yekunu barədə məlumat verilib. Azərbaycanda OVEP-in 2024-cü ildən etibarən silsilə və sistemi şəkildə tətbiq olunmağa başlandığı, statistik təhlillərə əsasən, təlimə qatılan müəllimlər arasında ən çox iştirakçının Binəqədi, Sabunçu, Xətai və Suraxanı rayonlarında qeydə alındığı diqqətə çatdırılıb. Rəsmi çıxışlardan sonra OVEP və OCEP üzrə fəal iştirak etmiş şəxslərin təltifetmə mərasimi təşkil olunub. Onlara diplom və dəyərli hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

