Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb

19.05.2025 [12:53]

“Neftçi” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri XXXV turda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

“Ağ-qaralar” sonuncu böyükhesablı qələbəni də ötən mövsümün XXXV turunda, mayın 18-də elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdı. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub.

Bununla da, “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb. Yalnız 2009/2010-cu və 2015/2016-cı illər mövsümlərində “ağ-qaralar” belə nəticəyə sevinməyib. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə çempionatlar tarixində yeni rekord qeydə alınıb.

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31