Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan avarçəkənləri “Prezident Kuboku”na 3 medalla başlayıblar

Azərbaycan avarçəkənləri “Prezident Kuboku”na 3 medalla başlayıblar

30.04.2025 [15:24]

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” reqatasında birinci yarış gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 metr məsafədə kayak-kanoe yarışları keçirilib.

Azərbaycan təmsilçilərindən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə birnəfərlik kayak qayığında bürünc medala layiq görülüblər.

Yarışlar başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Yer tutanlar medallarla təltif olunublar.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürən yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31